VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Şəhid kapitan Həmidağa Hüseynzadənin atası: "Oğlumun da bu Qələbədə payı olduğu üçün qürur duyuram"
"Ali Baş Komandanımız İlham Əliyev həmişə münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı, lakin düşmən bizi məcbur etdi ki, torpaqlarımızı savaş yolu ilə azad edək".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynzadə deyib.
O, 44 günlük müharibənin həm kədər, həm də qürur hissləri ilə yadda qaldığını deyib:
"Həmin 44 günün hər gününün bir ağrısı, bir sevinci var idi. Hər gün şəhid verirdik, amma eyni zamanda, hər gün bir kəndi, bir qəsəbəni, bir şəhəri düşməndən azad edirdik. Bu torpaqlar şəhidlərimizin canı və qanı bahasına azad olundu".
Şəhid atasının sözlərinə görə, oğlu, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadə döyüşlərin ön cəbhəsində olub:
"Oğlum xüsusi təyinatlıların kapitanı idi. Döyüşə ilk atılanlar məhz onlar idilər. Ali Baş Komandanımızın da dediyi kimi, bu Qələbənin qazanılmasında xüsusi təyinatlıların böyük rolu var. Mən fəxr edirəm ki, bu tarixi Qələbədə oğlumun da az da olsa payı var".
Şəhid atası xalqımızı Zəfər Günü münasibətilə təbrik edib. Qazilərimizə cansağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Töhfə Səməd























































