Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
DTX-nin Akademiyasında Zəfər Gününə həsr edilmiş konfrans - Fotolar
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) Heydər Əliyev Muzeyində “Zəfər Günü” və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Azərbaycanda demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan yol” adlı respublika elmi-praktik konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.
Akademiyanın rəisi general-mayor Elşad Nəsirov bu il noyabrın 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü diqqətə çatdırıb. Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasir dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeyd edən natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin misilsiz səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş müasir Azərbaycan Respublikası bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksəlib, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionun lider dövlətinə çevrilib, öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə nail olub.
Ardınca konfransın mövzusuna dair videoçarx nümayiş etdirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasi sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib.
Ə.Hüseynli bildirib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycan üçün dövlət quruculuğu, hüquqi sistemin təşkili və konstitusion əsasların yaradılması həyati zərurətə çevrilib.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyev ideyalarının hüquqi təcəssümüdür.
Milli Məclisin komitə sədri qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və ordu quruculuğu siyasəti öz bəhrəsini verdi. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirdi.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli yaddaşında dövlətin qurucusu, sabitliyin və müstəqilliyin təminatçısı kimi həkk olunduğunu qeyd edərək, ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasi iradəsinin, xalqın taleyinə məsuliyyətli yanaşmasının Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdiyini vurğulayıb. Q.Novruzov bildirib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Azərbaycan dövlətçiliyinin yeni mərhələsini - Zəfər və Suverenlik dövrünü yaratdı.
“Qarabağ” və “Azərbaycan bayrağı” ordenli Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov konfransda çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqla yanaşı, müasir Azərbaycan Ordusunun təməlini formalaşdırdığını qeyd edib. N.Şadmanov bildirib ki, ölkə başçımızın qətiyyəti, xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfər əldə edildi. 44 gün davam edən Vətən müharibəsində və lokal antiterror əməliyyatlarında şəhidlərimiz canlarını fəda edərək, xalqımızın azadlıq salnaməsini yazdılar.
Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov həmçinin onu da qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil Azərbaycanın hərbi-siyasi qüdrəti durmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchiz olunur, hərbçilərin sosial vəziyyəti gündən-günə daha da yaxşılaşdırılır.
























































