Lənkəran ŞİH başçısı yanında payız-qış mövsümünə hazırlıqla bağlı aparat müşavirəsi keçirilib
350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“44 gün 23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub
“44 gün 23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2020-ci il 27 sentyabr tarixində Ermənistanın hərbi təcavüzünə cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində möhtəşəm Qələbə qazanıb.
Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsindən sonra işğalçı ölkə faktiki olaraq məğlubiyyətlə barışmağa məcbur olub. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla ölkəmizin ərazi bütövlüyü təmin edilib. Azərbaycan Ordusu tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror tədbirləri isə dövlət suverenliyimizin tam şəkildə bərpası nəticələnib.
Bu tarixi Zəfərin salnaməsini geniş ictimaiyyətə çatdırmaq məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi ilə “44 gün 23 saat 43 dəqiqə” adlı toplu hazırlanıb. Nəşr dövlətimizin və xalqımızın sarsılmaz birliyini, dəmir iradəsini və ədalətli mübarizəsini sənədlərlə, faktlarla və xronoloji ardıcıllıqla oxucuya təqdim edir.
Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş kitab Azərbaycanın haqq mübarizəsinin tarixini sistemli şəkildə əks etdirir, Vətən müharibəsinin siyasi, hərbi və mənəvi tərəflərini işıqlandırır.
“44 gün 23 saat 43 dəqiqə” nəşri həm arxiv dəyəri, həm də təbliğat və tədris baxımından mühüm mənbə olaraq Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürəcək.























































