Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov: “Ulu Öndər Heydər Əliyev – Azərbaycanda sabitliyin təminatçısı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
“Embawood” şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Quba 9 Saylı XTY İstismar İdarəsinin rəhbəri İlham Cəbrayılov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan yol strategiyasının inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
216 saylı məktəbdə qalmaqal: Müəllim direktorun təzyiqinə məruz qaldığını iddia edir - ŞİKAYƏT/VİDEO

“Heqiqixeber.az” xəbər portalına Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Ramiz Qasımov adına 216 saylı tam orta məktəbin müəllimlərindən biri tərəfindən redaksiyamıza daxil olan şikayət ərizəsində ciddi iddialar yer alır. Ərizəni yazan şəxs 38 ildir sözügedən məktəbdə ingilis dili müəllimi işlədiyini bildirir. Onun sözlərinə görə, son 9 ay ərzində məktəbə yeni təyin olunan direktor Çinarə Cəbrayılova tərəfindən davamlı olaraq təzyiq və təhqirlərlə üzləşir.
Müəllimin iddiasına görə, direktor Çinarə Cəbrayılova ətrafına müəyyən qrup toplayaraq ona qarşı mənəvi və psixoloji basqı yaradır, onun məktəbdə işləməsini istəmir:
“Mən 38 ildir bu məktəbdə dərs deyirəm. 9 aydır təyin olunan direktor Çinarə Cəbrayılova mənə açıq şəkildə bildirir ki, ‘səninlə işləmək istəmirəm’. Guya mən onun yerinə keçmək istəyirmişəm. Halbuki mən sadəcə işimi vicdanla yerinə yetirirəm. Rüşvət vermədiyim, düz işlədiyim üçün məni sıxışdırır.”
Müəllim qeyd edir ki, direktorun göstərişi ilə digər əməkdaşlar arasında da imza toplanır, onunla ünsiyyətə qadağa qoyulur. O, həmçinin bəzi müəllimlərin təhqir və hədə-qorxu ilə üzləşdiyini də iddia edir:
“Kim mənə qarşı çıxmırsa, onları da təhqir edir, töhmət yazır. Məktəbdə qorxu mühiti yaradılıb.”
Şikayət ərizəsində ən ciddi məqam isə son günlər baş verən hadisələrlə bağlıdır. Müəllimin dediyinə görə, 6 noyabr 2025-ci il tarixində direktor tərəfindən otağına çağırılaraq təhqir olunub, nəticədə səhhətində problem yaranıb və o, təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Ertəsi gün – 7 noyabrda isə hadisə daha gərgin hal alıb: “Məni yenə otağına çağırdı. Gedəcəyimi bildikdə bir neçə müəllimlə birgə otağa gəlib əşyalarımı yerə atdı, məni təhqir etdilər. Telefonumu əlimdən alıb dedilər: ‘Məktəbdən çıx’. Mən güclə telefonumu geri alıb ‘102’ xidmətinə zəng etdim. Dəfələrlə yığsam da, Xəzər Rayon 1 saylı Polis İdarəsinin əməkdaşı gəlib mənə ‘niyə boş şeyə görə narahat edirsən?’ dedi. Dəfələrlə zəng etməyimə baxmayaraq, reaksiya verilmədi.”
Müəllim əlavə edib ki, daha sonra o, internet vasitəsilə 1 saylı Xəzər Rayon Polis İdarəsinin müavininin nömrəsini taparaq birbaşa əlaqə saxlayıb. Onun sözlərinə görə, bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar və ekspertiza təyin edilib.
Hazırda müəllim direktor və bir neçə əməkdaş tərəfindən döyülmə faktının araşdırılmasını, məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.
“Heqiqixeber.az” olaraq məsələ ilə bağlı qarşı tərəfin — məktəbin direktoru Çinarə Cəbrayılovanın, həmkarlar təşkilatının sədri Mehriban Ramazanovanın və təlim-tərbiyə işləri üzrə direktor müavini İlhamə Veysəlovanın da mövqeyini işıqlandırmağa hazırıq. Mövqeləri təqdim olunduğu halda, növbəti yazımızda dərc ediləcək.
Ümid edirik ki, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və bir sıra aidiyyatı qurumlar bu məsələni diqqətində saxlayıb, araşdırıb hüquq çərçivəsində ölçü götürüləcəyinə inanırıq.
PS: Aldığımız məlumata əsasən məktəbin direktoru Çinarə Cəbrayılova mətbuat nümayənədlərini təhsil ocağına dəvət edərək, müəllim haqqında qərəzli şəkildə müsahibə verərək və ingilis dili müəllimini işdən uzaqlaşdırmaq istəyir.
Araşdırmalarımız davam edir.
Heqiqixeber.az























































