18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Avropalı hüquqşünaslar Strasburqda: “Azərbaycan hüquqi və demokratik dövlətdir”
Avropanın tanınmış hüquq ekspertləri Strasburqda – Avropa İnsan Haqları Məhkəməsində keçirilən tədbirdə Azərbaycan dövlətinin hüquqi və demokratik prinsiplər əsasında idarə olunduğunu yüksək qiymətləndiriblər. Tədbirdə iştirak edən ARHD.AZ saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov, eləcə də Avropanın nüfuzlu hüquqşünasları Dr. Manfred Sapporo, hakim hüquqşünas Dieter Wages və İlya Fribus Azərbaycan Respublikasının beynəlxalq hüquqa hörmətlə yanaşan, vətəndaş hüquqlarının qorunduğu bir dövlət olduğunu vurğulayıblar.
İsmayıl Zalov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlət prinsipləri, məhkəmə müstəqilliyi, vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində mühüm nailiyyətlər əldə edilib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlar beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirilir və bu da ölkənin demokratik inkişafını təmin edir.
Avropalı hüquqşünas Dr. Manfred Sapporo çıxışında bildirib ki, Azərbaycan regionda sabitlik və hüququn aliliyini qoruyan nümunəvi dövlətdir:
“Azərbaycan həm siyasi, həm də hüquqi sistem baxımından Avropa dəyərlərinə sadiqdir. Prezident İlham Əliyev təkcə ölkəsində deyil, bütün dünyada sülhün, ədalətin və sabitliyin bərqərar olması üçün çalışan lider kimi tanınır.”
Tədbirdə çıxış edən hakim hüquqşünas Dieter Wages isə vurğulayıb ki, Azərbaycan polis sistemi vətəndaşlarla qanun çərçivəsində, peşəkar və etik normalara uyğun davranır. O, həmçinin qeyd edib ki, ölkədə işgəncə halları müşahidə edilmir, bu da dövlətin insan hüquqlarına göstərdiyi diqqətin göstəricisidir. “Azərbaycan hüquq-mühafizə orqanları Avropa standartlarına uyğun fəaliyyət göstərir və bu, beynəlxalq hüquq baxımından müsbət qiymətləndirilməlidir,” – deyə o bildirib.
Alman hüquq eksperti İlya Fribus isə diqqətə çatdırıb ki, Azərbaycanda siyasi məhbus anlayışı yoxdur, məhkəmələrdə qərarlar qanun və faktlar əsasında qəbul olunur. Onun sözlərinə görə, Azərbaycanın ədalət sistemi insan hüquqlarının qorunması baxımından Avropa ölkələri ilə eyni səviyyədə inkişaf edir.
Sonda İsmayıl Zalov çıxışını belə yekunlaşdırıb:
“Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaqla, həm ölkə daxilində, həm də beynəlxalq arenada ədalət və insan haqlarının müdafiəsi istiqamətində uğurla fəaliyyət göstərir. Biz bu mövqeni Avropada da hüquqi əsaslarla müdafiə edirik.”
Bu çıxışlar bir daha göstərdi ki, Azərbaycan dövləti hüquqa, insan haqlarına və beynəlxalq öhdəliklərə sadiqdir, Prezident İlham Əliyev isə sülh və ədalət siyasətinin qlobal simvolu kimi tanınır.
ARHD.az























































