Menu
Xəbər Lenti
Romada matəm elan edildi
Dünən, 05:43

Romada matəm elan edildi

15 istiqamətdə tıxac var
3-11-2025, 05:25

15 istiqamətdə tıxac var

06 Noyabr 2025 07:29Manşet / Gündəm / Dünya

İsmayıl Zalov: “Cinayət törətmiş şəxslər Azərbaycan dövlətinə təhvil verilməlidir”

 

06 noyabr 2025-ci il, Strasburq (Fransa) – Avropa İnsan Haqları Məhkəməsində çıxış edən ARHD.AZ saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Azərbaycanın milli maraqlarını və hüquqi mövqeyini qətiyyətlə müdafiə edib. O, çıxışı zamanı Avropada gizlənən və barələrində cinayət işi açılmış şəxslərin Azərbaycan dövlətinə təhvil verilməsinin zəruriliyini xüsusi vurğulayıb.


“Cinayət törətmiş şəxslər məsuliyyətdən gizlənə bilməzlər”


Beynəlxalq ictimaiyyətə müraciət edən İsmayıl Zalov qeyd edib ki, Tural Sadıqlı, Elşad Məmmədov, Qabil Məmmədov, Manaf Cəlilzadə və Məhəmməd Mirzəli kimi şəxslər Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qaldırılmış cinayət işləri üzrə qiyabi məhkəmə qərarları mövcuddur.


“Çox təəssüf ki, bu şəxslər bu günədək Azərbaycana təhvil verilməyiblər. Halbuki onların yaşadıqları yerlər, ünvanları və fəaliyyət istiqamətləri beynəlxalq hüquq-mühafizə orqanlarına bəllidir. Mən ümid edirəm ki, Interpol bu şəxslərin yerini müəyyən edib, onları qısa müddətdə Azərbaycan dövlətinə təhvil verəcək,” – deyə İsmayıl Zalov çıxışı zamanı bildirib.


 

“Onlar nə jurnalist, nə siyasətçi, nə də media nümayəndəsidirlər”


Avropada bəzi dairələrin bu şəxslərə siyasi və ictimai “himayə” göstərməsini təəssüflə qarşılayan hüquq eksperti vurğulayıb ki, onlar nə jurnalist, nə siyasətçi, nə də mətbuat nümayəndəsidirlər.


“Bu şəxslər sosial şəbəkələrdə özlərini guya jurnalist, bloger və ya siyasi fəal kimi təqdim edirlər. Amma əslində, onlar cəmiyyət üçün təhlükə yaradan, dövlət əleyhinə fəaliyyət göstərən şəxslərdir. Avropada da onları heç kim ciddi media nümayəndəsi kimi qəbul etmir, sadəcə, sosial şəbəkə istifadəçiləri kimi tanıyırlar,” – deyə Zalov qeyd edib.


“Azərbaycan vətəndaşı olmaq dövlətə sədaqət borcudur”


Çıxışının sonunda İsmayıl Zalov Azərbaycan vətəndaşlarına müraciət edərək, dövlətin maraqlarını qorumağın və milli birliyi möhkəmləndirməyin vacibliyini vurğulayıb:


Əgər biz Azərbaycan Respublikasının vətəndaşlarıyıqsa, biz, dövlətimizi müdafiə etməyə borcluyuq. Azərbaycan dövlətini qorumaq hər bir vətəndaşın mənəvi və hüquqi borcudur. Belə insanlar – yəni dövlətə qarşı fəaliyyət göstərənlər – sadəcə bir virus kimidirlər. Onların yeganə ‘müalicə’si qanun qarşısında cavab verməkdir.


“Azərbaycan ədalət və qanunçuluq prinsiplərinə sadiqdir”


Sonda hüquq eksperti vurğulayıb ki, Azərbaycan dövləti ədalət, qanunçuluq və dövlətçilik prinsiplərini hər zaman əsas götürür və bu prinsiplər heç vaxt şəxsi maraqlara qurban verilməyəcək:


Azərbaycan dövləti öz hüquqlarını beynəlxalq səviyyədə ardıcıl şəkildə müdafiə edəcək. Bizim mövqeyimiz ədalətə, qanunçuluğa və dövlətin suverenliyinə əsaslanır. Heç bir təzyiq və ya siyasi təsir bu prinsipləri dəyişdirə bilməz.


Bu çıxış, Azərbaycanın beynəlxalq aləmdə hüquqi mövqeyinin qorunması və ədalətin bərpası uğrunda aparılan mübarizədə mühüm addım kimi qiymətləndirilir.


İsmayıl Zalovun qətiyyətli çıxışı bir daha göstərdi ki, Azərbaycan dövləti qanunların aliliyinə, milli maraqlara və vətəndaş məsuliyyətinə sadiqdir.


 

ARHD.az