Müəllim, alim, millət vəkilinin köməkçisi statusunu daşıyan Vüsal Baxışov əslində kimdir?
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Qəhrəmanın gündəliyi..Azərbaycanın qəhrəman oğlu, XTQin baş giziri Şərafəddin Sərdar oğlu Xankişiyev (Kod adı: Xanış) danışır...
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Xəbər saytlarının alınmasından qazanılan pullar - Adnan Əhmədzadə işində adı keçən Elnur Abdullayev kimdir?
"Global Media Group" patronu Elnur Abdullayev pərdə arxasında Azərbaycan mediasında əsas simalardan biri sayılır.
Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları həbs edilən SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəisi, tanınmış iş adamı Adnan Əhmədzadənin həbsindən sonra onunla əlaqələri diqqət mərkəzinə gələn isimlərdən biri də Elnur Abdullayevdir.
Fim.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən Elnur Abdullayevin həbs olunan oliqarxla adı daha çox media ilə bağlı səsləndirilir. Belə güman edilir ki, Elnur Abdullayev Adnan Əhmədzadənin media sahəsinə ayırdığı vəsaitlərin mənimsənilmlərində aktiv iştirak edən isimlərdən biridir.
Bəs Elnur Abdullayev kimdir?
Qeyd edək ki, Elnur Abdullayev Ziya Məmmədovun nazirlik dönəmində “Nəqliyyatın İtellektual İdarəetmə Sistemi” və “Dövlət Avtomobil Nəqliyyat Xidməti” kimi mühüm və gəlirli postla rəhbərlik edib. Onun birdən birə “media patronuna” çevrilməsi də elə bundan sonra başlayıb. Azərbaycanda bir sıra saytları satın alan Elnur Abdullayev Türkiyədə “Haber Qlobal” telekanalını qurub və hazırda bu telekanala rəhbərlik edir. Amma buna baxmayaraq, Elnur Abdullayev pərdə arxasında Azərbaycan mediasının əsas simalarından biri sayılır.
Belə ki, Elnur Abdullayevin rəhbərlik etdiyi "Global Media Group" 2017-ci ildən fəaliyyət göstərir. "Global Media Group" ölkədə fəaliyyət göstərən bir çox saytların “alqı-satqısında” iştirak edib. Məlumata görə bu “alqı – satqıda” şişirdilmiş rəqəmlər sayəsində "Global Media Group" rəhbərliyi külli miqdarda vəsait qazanıb.
Qarşı tərəfin mövqeyi tanıyırıq.























































