Menu
Xəbər Lenti
Güclü külək əsir
Dünən, 11:36

Güclü külək əsir

Başsağlığı
25-07-2026, 14:20

Başsağlığı

Əsl dəniz havasıdır!
25-07-2026, 11:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 17:06

O, bir dərya idi

02 Noyabr 2025 07:10Manşet / Gündəm / Maraqlı

“ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək

 

“ChatGPT” çatbotunun aid olduğu amerikanın OpenAI şirkəti süni intellekt (AI) məhsullarının istifadəsi ilə bağlı siyasətlərini yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda şirkətin saytında məlumat verilib.

Belə ki, bundan sonra “ChatGPT” istifadəçilərə tibbi və hüquqi məsləhətlər verməyəcək.

Yeni qaydalara əsasən, “ChatGPT” fərdi məsləhətlər verə, konkret vəziyyətin hüquqi risklərini qiymətləndirə, məhkəmədə müdafiə strategiyası hazırlaya, prosessual sənədlər yarada bilməyəcək.

Tibb sahəsində qadağa diaqnoz, dərman resepti, rentgen, MRT, CT “skan etmə” və dəri zədələrinin fotoşəkilləri kimi tibbi təsvirlərin şərhini əhatə edir.

İstifadəçi bu cür məlumat tələb etməyə cəhd etdikdə, “ChatGPT” yalnız ümumi məlumat verəcək və onlara həkim və ya hüquqşünas kimi lisenziyalı bir mütəxəssislə məsləhətləşməyi tövsiyə edəcək.