Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Mehriban Əliyeva – ictimai-siyasi fəaliyyətin və humanizm dəyərlərinin parlaq nümunəsi
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
“Bank Respublika” müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır
Hər il oktyabr ayında dünyada “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həm fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn təhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək, təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.
“Bank Respublika” bu təşəbbüsə qoşularaq bildirir ki, təhlükəsizlik ilk olaraq sizdən başlayır. Rəqəmsal mühitdə təhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəri məlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təmin edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirir.
“Bank Respublika” müştəri məlumatlarının qorunması və rəqəmsal əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasir texnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları və davamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.
“Bank Respublika” müştərilərə kibertəhlükələrdən qorunmaq üçün aşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:
- Şəxsi məlumatlarınızı paylaşmayın
“Bank Respublika” heç vaxt telefon və ya mesaj vasitəsilə PIN, şifrə, SMS kod kimi məlumatları tələb etmir.
- Klik etməzdən əvvəl düşünün
Naməlum linklərə və fayllara keçid etməzdən əvvəl mənbənin etibarlılığını yoxlayın.
- Hesablarınızı gücləndirin
Çoxfaktorlu autentifikasiya (MFA) və unikal parol hesabınızın ən güclü qoruma üsuludur.
- Kart məlumatlarınızı qoruyun
Kart nömrəsi, CVV və PIN yalnız sizə məxsusdur. Onları paylaşmaq maliyyə risklərinə səbəb ola bilər.
- Bildirişləri aktiv saxlayın
SMS və push bildirişləri şübhəli əməliyyatları dərhal görməyə kömək edir.
- Yalançı lotereya və müsabiqələrə inanmayın.
Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız “Bank Respublika”nın rəsmi səhifələrində qeyd olunan məlumatlara etibar edin.
- Təhlükəsiz şəbəkədən istifadə edin
İctimai Wi-Fi üzərindən bank əməliyyatları aparmaq risklidir. Yalnız etibarlı bağlantılardan istifadə edin.
- Mobil tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin
“App Store” və ya “Google Play”dən kənar mənbələrdən yüklənən tətbiqlər təhlükə yarada bilər.
- Sosial şəbəkələrdə ehtiyatlı olun
Ad günü, ünvan və digər şəxsi məlumatları paylaşmaq dələduzlara fürsət yarada bilər.
“Bank Respublika” hər kəsi rəqəmsal mühitdə məsuliyyətli davranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsi məlumatlarını qorumağa çağırır.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram”
Çağrı Mərkəzi: 144
























































