Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev: “18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür”
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə bir tarixi hadisə deyil, milli yaddaşın, milli ruhun və dövlətçilik iradəsinin rəmzinə çevrilib. Belə günlərdən biri də şübhəsiz ki, 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günüdür. Həmin gün 1991-ci ildə Azərbaycan Ali Sovetinin qəbul etdiyi “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ölkəmiz rəsmi şəkildə müstəqil dövlət statusunu bərpa etdi. Bu qərar ilə xalqımız əsrlərlə arzuladığı azadlığına qovuşdu.
Mədəniyyət xadimi, Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev bu tarixi gün barədə danışarkən dərin duyğularla qeyd edir:“18 oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu, xalqımızın azadlıq ruhunun, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir.”
Azərbaycan xalqı yüz illər boyu müstəqillik, azadlıq və milli kimliyini qorumaq uğrunda mübarizə aparmışdır. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti bu mübarizənin ilk bəhrəsi olsa da, cəmi 23 ay yaşaya bildi. Lakin həmin dövrdə qoyulan dövlətçilik ənənələri, milli ordu və milli dəyərlər sonrakı nəsillərin yaddaşında əbədi iz qoydu.
Sovet imperiyasının tərkibində olmasına baxmayaraq, Azərbaycan xalqı azadlıq arzusunu heç vaxt itirmədi. 1991-ci ilin oktyabrında isə bu arzu reallığa çevrildi. O gün Azərbaycan xalqı öz taleyinin sahibi oldu, milli iradəsini təsdiq etdi. Ədalət Hacıyev bu barədə belə deyir:“Hər bir xalqın tarixində elə anlar olur ki, onlar millətin varlığına, onun ruhuna yeni nəfəs verir. 18 oktyabr da məhz belə bir gündür. Bu tarix millətimizin dirçəlişini, müstəqil düşüncəsinin bərpasını simvolizə edir.”
Müstəqilliyin bərpası nə qədər mühüm idisə, onu qoruyub saxlamaq bir o qədər çətin idi. XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz böyük sınaqlarla üzləşmişdi – siyasi böhran, iqtisadi çətinliklər, separatizm meyilləri və xarici təhdidlər müstəqilliyimizi təhlükə altına salmışdı.
Lakin Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan bu çətinliklərdən üzüağ çıxmağı bacardı. O, dövlətçiliyi möhkəmləndirdi, xalqı bir amal – müstəqil və güclü Azərbaycan ideyası ətrafında birləşdirdi.
Ədalət Hacıyev Ulu Öndərin xidmətlərini dərin minnətdarlıqla qeyd edir:“Əgər bu gün biz sabit və qüdrətli bir dövlətdə yaşayırıqsa, bu, Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm siyasi təməlin nəticəsidir. O, müstəqilliyimizi qorudu, onu əbədi və dönməz etdi.”
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimiz daha da güclənib, ölkəmiz regionun lider dövlətinə çevrilib. Müstəqillik artıq təkcə siyasi deyil, həm də iqtisadi və mədəni güc anlamını daşıyır.
Ədalət Hacıyev qeyd edir ki, “Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm də mənəvi cəhətdən tam müstəqil dövlətə çevrilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə bunun ən parlaq sübutudur. O Qələbə müstəqilliyimizin, dövlətçiliyimizin və milli birliyimizin təntənəsidir.”
Müstəqilliyin ən böyük nailiyyətlərindən biri də milli mədəniyyətimizin və incəsənətimizin inkişafı, öz azad yaradıcılıq ruhunu qazanmasıdır. Akademik Rus Dram Teatrı da bu dövrdə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ədalət Hacıyevin rəhbərliyi altında teatrda müasir tamaşalar səhnələşdirilir, gənc istedadlara dəstək verilir, milli-mənəvi dəyərlər təbliğ olunur. O, hesab edir ki, mədəniyyət bir millətin ruhudur, müstəqilliyin isə ən gözəl ifadəsi azad yaradıcılıq mühitidir.
“Müstəqillik bizə yalnız siyasi azadlıq gətirmədi, həm də düşüncə və yaradıcılıq azadlığını qazandırdı. Azərbaycan teatrı, musiqisi, ədəbiyyatı bu gün məhz bu azadlığın bəhrəsini yaşayır.” – deyə Ədalət Hacıyev vurğulayır.
18 oktyabr təkcə bir tarix deyil, həm də hər bir azərbaycanlının qəlbində yaşayan qürur və iftixar günüdür. O, xalqın azadlıq iradəsini, dövlətimizin gücünü və vətəndaş həmrəyliyini simvolizə edir.
Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev sonda bildirir:“Müstəqillik bizim milli kimliyimizin əsas dayağıdır. Onu qorumaq, yaşatmaq və daha da gücləndirmək hər bir azərbaycanlının borcudur. Biz birlikdə olduqca, dövlətimiz möhkəm, müstəqilliyimiz isə əbədi olacaq.”
Bu sözlər bir mədəniyyət xadiminin, bir vətəndaşın və bir azərbaycanlının ürək səsidir.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın 18 oktyabr – milli qürur və azadlıq günümüz.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
AJB-nin üzvü























































