Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Dohada İƏT-ə üzv dövlətlərin Əmək Nazirlərinin 6-cı Konfransı keçirilir - Fotolar
Qətərin paytaxtı Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Əmək Nazirlərinin 6-cı Konfransı keçirilir. Konfrans “Yerli Təcrübələr, Qlobal Nailiyyətlər: İslam Dünyasında Uğurlu Hekayələr” mövzusuna həsr olunub.
“Qafqazinfo” xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İƏT-in fəal üzvü olan Azərbaycanın dünyada İslam həmrəyliyinin və dəyərlərinin təbliğində mühüm rolunu vurğulayıb.
A.Əliyev ölkəmizin son illər təşkilatın bir sıra yüksək səviyyəli tədbirlərinə, o cümlədən 2013 və 2023-cü illərdə Əmək Nazirlərinin Konfransına ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT-in Bakıda yaradılan və ötən il fəaliyyətə başlayan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin inkişafında önəmini, Mərkəzin ötən ay keçirdiyi beynəlxalq tədbirləri diqqətə çatdırıb.
Nazir son altı ildə Azərbaycanda beş sosial islahat paketinin icra edildiyini deyərək bildirib ki, işçi hüquqlarının qorunması və əməyin mühafizəsi ölkəmizdə əsas prioritetlər sırasındadır. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyasını, bir protokolunu ratifikasiya edib və hazırda daha dörd konvensiyanın da ratifikasiya imkanları nəzərdən keçirilir. Həmçinin qadınlar üçün məşğulluq imkanlarının artırılması sahəsində son illər mühüm irəliləyişlər əldə edilib. Dünya Bankının “Qadınlar, Biznes və Hüquq” hesabatına əsasən, Azərbaycan dünya miqyasında öz reytinqini 104-cü yerdən 69-cu yerə yüksəldib.
Anar Əliyev ölkəmizdə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə tədbirlərinin müsbət nəticələrini, əmək bazarındakı müasir çağırışlara uyğun tətbiq edilən yeni məşğulluq xidmətlərini qeyd edib. O, iş yerlərinin yaradılmasını dəstəkləyən yeni aktiv məşğulluq proqramlarına başlandığını diqqətə çatdırıb. Bildirib ki, işçi qüvvəsinin bacarıqlarının inkişafına yönəlmiş peşə hazırlığı proqramı və gəncləri gələcək əmək bazarına hazırlamaq üçün peşəyönümü xidmətləri genişləndirilərək təkmilləşdirilib və artıq beynəlxalq əmək bazarının tələblərinə uyğun 1400-ə yaxın peşə və ixtisas standartı hazırlanıb.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən 159 xidmətin 90 faizdən çoxunun rəqəmsal qaydada təqdim edildiyini bildirən nazir DOST modelinin uğurlarını, bu modelin Azərbaycanın yeni milli brendinə çevrildiyini vurğulayıb. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlər üçün həyata keçirilən məşğulluq tədbirlərini qeyd edib. Əmək və sosial müdafiə sahəsində uğurlu təcrübələrimizi İƏT-ə üzv dövlətlərlə bölüşməyə və təcrübə mübadiləsi aparmağa hazır olduğumuzu vurğulayıb.
Konfrans çərçivəsində Anar Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan, Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf nazirinin birinci müavini Abdullah Abuthnain və İordaniya Haşimilər Krallığının əmək naziri Xaled Al Bakkar ilə görüşüb.
Görüşlərdə sosial islahatlar, məşğulluq proqramlarının icrası, habelə əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması prosesində təcrübə və məlumat mübadilələrinin əhəmiyyəti vurğulanıb. Sosial sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətinə və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.




























































