Xəbər Lenti
Dünən, 18:01
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8-11-2026, 15:19
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:24
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
8-11-2026, 14:17
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
8-11-2026, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
8-11-2026, 11:55
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
7-11-2026, 17:50
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
7-11-2026, 13:33
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
7-11-2026, 12:21
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
7-11-2026, 12:12
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
7-11-2026, 11:43
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
7-11-2026, 11:41
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
7-11-2026, 11:25
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
15 Yanvar 2023 18:15Cəmiyyət
Litva ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Litva Respublikasının sosial müdafiə və əmək nazirinin müavini Martinas Şürkusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan və Litva arasında əlaqələrin daim genişlənməkdə olduğunu, ötən dövrdə iki ölkə arasında 43 əməkdaşlıq sənədinin imzlandığını qeyd edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, Azərbaycan və Litva əlaqələrinin sosial sahəni də əhatə etdiyi, 2019-cu ildə Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litvanın Sosial Müdafiə və Əmək Nazirliyi arasında əməkdaşlıq sənədi imzalandığı diqqətə çatdırılıb, həmçinin iki nazirliyin məşğulluq orqanları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs olunub. Yeni “Pensiya sistemində islahatlara dəstək – Faza 2” tvininq layihəsinin də Litva ilə sosial sahədə əməkdaşlığın genişlənməsinə şərait yaratdığı bildirilib.
Azərbaycanda son illər həyata keçirilən sosial islahatlar, DOST konsepsiyası, ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən göstərilməsi təcrübəsi barədə məlumat verilib.
M.Şürkus ölkəsinin Azərbaycanla əlaqələrinin daim inkişaf etməkdə olmasından məmnun olduqlarını bildirib, Litvada aparılan sosial islahatları diqqətə çatdırıb.
Görüşdə əmək və məşğulluq, sosial xidmətlərin göstərilməsi sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb. Sosial islahatlar prosesində, eləcə də yeni tvininq layihəsi çərçivəsində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır