Xəbər Lenti
21-09-2026, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
İsrail Türkiyə missiyasına icazə vermədi
İsrail Türkiyənin axtarış-xilasetmə missiyasının Qəzzaya daxil olmasına icazə verməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin “Kan-11” telekanalı yayıb.
Missiyanın məqsədi Qəzzada israilli girovların cəsədlərinin axtarılmasına yardım etmək olub.
“İsrail hesab edir ki, HƏMAS azı 10 girovun qalıqlarının harada olduğunu bilir. Bu ərazilərin əksəriyyəti asan əlçatılan yerlərdir və HƏMAS-a cəsədlərin çıxarılması üçün xüsusi texnika lazım deyil”, - məlumatda bildirilib.
Qeyd edək ki, İsrail HƏMAS-ı ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin icrasını uzatmağa çalışır. Sözügedən mərhələ isə hərəkatın tərksilah olunmasını nəzərdə tutur.























































