Menu
Xəbər Lenti
NASA Ayda kənd yaradacaq
1-10-2025, 06:41

NASA Ayda kənd yaradacaq

03 Oktyabr 2025 14:20Manşet / Gündəm

Yasamalın icra başçısı NİYƏ İŞLƏMİR?-VİDEO

 

Yasamal rayon İcra Hakimiyyəti rayonda bir ildən çoxdur abadlıq və təmir-bərpa işləri aparmır.

1xeber.media Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, Yasamalda uzun müddətdir səkilərdə qanunsuz tikintilər aparılır, yol kənarları avtomobil dayanacağı kimi istifadə edilir, boş ərazilər isə zəbt olunur.

Sakinlərin iddiasına görə, hazırda rayonda yalnız ayrı-ayrı şirkətlər tərəfindən boş sahələrdə hündürmərtəbəli binalar tikilir. Bundan başqa, yeni yol salınmır, köhnə və bərbad vəziyyətdə olan yollar isə təmir edilmir.

Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi saytındakı məlumatlar da bu şikayətləri təsdiqləyir. Belə ki, saytın “Görülən işlər” bölməsində sonuncu dəfə 2024-cü ilin sentyabrında bəzi həyət və məhəllələrin asfaltlandığı qeyd olunub. Sonrakı fəaliyyət isə iməcliklər və sakinlərə maarifləndirici broşurların paylanması ilə məhdudlaşıb.