Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Türkiyədə qalmaqallı menecer barəsində yenidən həbs qərarı çıxarıldı
Gəzi Parkı etirazlarını planlaşdıranlardan biri olmaqda təqsirləndirilən və 8 aydan çox həbsdə qaldıqdan sonra sərbəst buraxılan menecer Ayşe Barım haqqında yenidən həbs qərarı çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Deniz Ketenci məlumat yayıb.
Bildirilib ki, məhkəmə Barımın yenidən həbsinə qərar verib.
Qeyd edək ki, A.Barım oktyabrın 1-də keçirilən ikinci iclasında şərti azadlığa buraxılıb.
Barım beynəlxalq səyahət qadağası və ev dustaqlığı ilə axşam saatlarında həbsdən azad edilib.
Lakin İstanbul Baş Prokurorluğu onun azadlığa buraxılmasına etiraz edib.
Əlavə edək ki, 248 gündür həbsdə olan menecerin ölkədən çıxışına qadağa qoyulub.
Xatırladaq ki, Ayşe Barım “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdi. Ona 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilmişdi.























































