Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı
İnnovasiya və sürət lideri “Bakcell” hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir.
“Qafqazinfo” xəbər verir ki, 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada “Bakcell” abunəçiləri hər gün “iPhone 17”, hər həftə “Zeekr 001” və sonda “Porsche Cayenne” avtomobili olmaqla, ümumilikdə 100-dən artıq prestijli hədiyyə qazanmaq imkanı əldə edirlər.
Abunəçilər “Bakcell”in məhsul və xidmətlərindən istifadə edərkən avtomatik olaraq lotereyada iştirak şansı qazanırlar. Belə ki, “Bakcell” nömrəsinin mövcud balansından xərclənən hər 1 AZN istifadəçiyə 1 şans verir. Eyni zamanda, nömrənin balansını artıran abunəçilərə əlavə şanslar da təqdim olunur. Balans 1 AZN – 4.99 AZN aralığında artırılan zaman abunəçilər hər 1 AZN üçün 1 şans, balans 5 AZN və ondan çox artırılan zaman isə hər 1 AZN üçün 2 şans qazanacaq. Məsələn, balans 7 AZN artırıldıqda iştirakçı 14 şans əldə edəcək.
Bundan əlavə, lotereyada abunəçilərin qalib olmaq şansını daha da artırmaq məqsədilə onlara xüsusi “Şans” paketləri təqdim olunur. Məsələn, 2 AZN-lik “Şans” paketinə 7 şans və 30 şəbəkədaxili danışıq dəqiqəsi daxildir. Hər bir "Şans" paketi ilə iştirakçılar əlavə şəbəkədaxili danışıq dəqiqələrindən də faydalana bilirlər. “Şans” paketləri barədə daha ətraflı məlumat ilə linkə keçid edərək tanış olmaq olar.
Qazanılan hər şans barədə abunəçiyə SMS vasitəsilə məlumat göndərilir. Hər bir lotereya iştirakçısı ümumi mövcud şans sayını Bakcell mobil tətbiqi və lotereya layihəsinin rəsmi internet səhifəsində şəxsi kabineti vasitəsilə izləyə bilər.
Qeyd edək ki, bu layihə Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereyadır.
“Bakcell” lotereya haqqında ətraflı məlumatı “Bakcell”in rəsmi lotereya səhifəsindən əldə etmək mümkündür: lotereya.bakcell.com
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.























































