Menu
Xəbər Lenti
İsrail atəşkəsi pozdu
Dünən, 11:01

İsrail atəşkəsi pozdu

Polis silah-sursat götürdü
13-04-2026, 11:33

Polis silah-sursat götürdü

14 yolda tıxac var - Siyahı
13-04-2026, 11:07

14 yolda tıxac var - Siyahı

30 Sentyabr 2025 06:52Manşet / Dünya

“Trampla danışıqlar səmərəli və müsbət keçdi”

 

“Son iki onillik ərzində Türkiyə hökuməti ölkənin və xalqın maraqlarını qorumaq üçün bütün mümkün səyləri göstərib. Bu yanaşma ABŞ ilə yüksək səviyyəli danışıqların əsasını təşkil edib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin 3,5 saat davam edən iclasından sonra keçirilən brifinqdə səsləndirib.

Ərdoğan ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqları “çox səmərəli və müsbət” kimi dəyərləndirib.

“Sentyabrın 25-də Vaşinqtonda Prezident Trampla dostcasına bir çox məsələləri müzakirə etmək fürsətim oldu. Bunlar arasında birgə ticarət dövriyyəsinin illik 100 milyard dollara çatdırılması istiqamətində atılan addımlar da var”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki proseslər Ağ Evin gündəmində əsas yer tutur.

Ərdoğan Trampla görüşün nəticələrinin yaxın gələcəkdə daha aydın şəkildə hiss olunacağına əminliyini ifadə edib.