Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Həbs olunduğu deyilən Adnan Əhmədzadə kimdir?
Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə Azərbaycanda həbs olunub. Məlumatı məsələdən xəbərdar olan bir neçə mənbə təsdiqləyib.
“Qafqazinfo” Musavat.com-a istinadən uzun illər dövlət neft sektorunda və biznes sahəsində fəaliyyət göstərmiş Adnan Əhmədzadənin həyat və karyerasına nəzər salır:
Adnan Əhmədzadə kimdir?
Adnan Azər oğlu Əhmədzadə 24 yanvar 1978-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildən “ABDA Invest Holding”in təsisçisi və İdarə Heyətinin sədridir. Holdinq inşaat, logistika və daşınma həlləri, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino sahələrində fəaliyyət göstərən şirkətləri birləşdirir.
Təhsili
Adnan Əhmədzadə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib.
Karyerası
O, 1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005–2006-cı illərdə “Azertrans” MMC-nin baş direktoru olub.
2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib:
Nəqliyyat və Ekspedisiya şöbəsinin müdir müavini (2006–2007)
Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri (2007–2008)
İqtisadi əməliyyatlar idarə rəisinin müavini (2008–2010)
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş direktoru (2010–2019)
2018-ci ildə SOCAR Trading-in icraçı direktoru, 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin olunub.
Sosial fəaliyyəti
Adnan Əhmədzadə 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti vəzifəsini icra edir.
Maraqlı faktlar
Adnan Əhmədzadə ailəlidir və dörd övladı var. Maraqlı məqamlardan biri onun dünyaca məşhur futbolçu Lionel Messi ilə ailəvi dostluq əlaqələrinə malik olmasıdır. O, Messinin Azərbaycana səfərinin təşkilində mühüm rol oynayıb.
Bundan əlavə, Əhmədzadə Ronaldinyo və “Barselona” klubunun prezidenti Xuan Laportanın Bakı səfərlərini də təşkil edib.































































