VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
20 Sentyabr – Neftçilər Günü və Dövlət Suverenliyi Gününün əhəmiyyəti
Azərbaycan xalqının tarixində 20 Sentyabr xüsusi əlamətdar günlərdən biridir. Bu gün həm Neftçilər Günü, həm də Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu bayramlar yalnız peşə bayramı və ya tarixi hadisənin xatırlanması deyil, həm də dövlətimizin müstəqillik yolunda atdığı mühüm addımların, xalqımızın zəhmətkeşliyinin, fədakarlığının və dövlətçiliyə sədaqətinin rəmzidir.
Neft Azərbaycanın iqtisadi inkişafının, xalqımızın rifahının əsas dayaqlarından biri olmuşdur. Bu gün minlərlə neftçi çətin və məsuliyyətli şəraitdə çalışaraq ölkəmizin enerji təhlükəsizliyini təmin edir, iqtisadiyyatın güclənməsinə öz töhfəsini verir. Onların əməyinin dəyərləndirilməsi isə həm dövlətimiz, həm də ictimai təşkilatlar tərəfindən daim diqqət mərkəzində saxlanılır. Məhz bu məqsədlə, 20 Sentyabr ərəfəsində Həmkarlar ittifaqı sistemində səmərəli fəaliyyəti və fədakarlığı ilə seçilən bir qrup fəhlə, mütəxəssis və rəhbər işçilər “Shirvan Operating Company Ltd” Şirkətinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.
Bu təşəbbüs Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mərkəzləşdirilmiş proqramına uyğun şəkildə həyata keçirilmişdir. Təltif olunan əməkdaşlar təkcə peşəkarlıqları ilə deyil, həm də fədakar iş üslubları, məsuliyyət hissi və dövlətə sədaqətləri ilə nümunə göstərirlər.
Neftçilərin əməyi və vətənpərvərliyi ilə qürur duyduğumuzu bildirərək bütün neftçiləri bayram münasibətilə təbrik edirik. Hər bir əməkdaşa təhlükəsiz iş şəraiti, möhkəm sağlamlıq və uğurlar arzulamış, Allah fədakar neftçilərimizi, millətimizi və dövlətimizi qorusun.
Beləliklə, 20 Sentyabr həm zəhmətkeş neftçilərin peşə bayramı, həm də dövlət suverenliyimizin təntənəsi kimi tariximizdə əbədi yaşayacaqdır.
Taleh Məmmədov
Hörmətlə, “Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri






























































































