Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Səhnənin inkişafına xidmət edən rəhbər – Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev
Azərbaycan Ordusunun Şərəf Günü: YAP Səbail rayon təşkilatı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Gününü təntənə ilə qeyd etdi
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Mehman Novruzov – Masallının xeyirxah oğlu, Rusiyada deputat
Masallının tanınmış və xeyirxah oğullarından biri olan Mehman Novruzov Nadir oğlu, 1982-ci ildə Ərkivan qəsəbəsinin Qızlaküçə məhəlləsində anadan olmuşdur. Orta təhsilini Bağlaküçə kənd məktəbində tamamladıqdan sonra, 1998-ci ildə Bakı Biznes Universitetinin Hüquq Fakültəsinə daxil olmuş və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Hərbi xidmətini uğurla başa vurduqdan sonra, 2003-cü ildə Rusiya Federasiyasının Kostroma vilayətinə köçərək burada fəaliyyətini genişləndirmişdir. Mehman Novruzov, vilayətdə tanınmış iş adamıdır və iki uğurlu şirkətin – “Mənim Şəhərim” və “Təmiz Şəhər” – təsisçisidir. Bu şirkətlər şəhər infrastrukturuna, təmizliyinə və sosial layihələrə verdiyi töhfələr ilə diqqət çəkir.
2018-ci ildən Azərbaycan Vilayət Diasporasının Kostroma üzrə sədr vəzifəsini icra edən Mehman Novruzov, Vahid Rusiya Partiyasının üzvü olaraq, 2025-ci ilin sentyabr ayında keçirilən vilayət şəhər Dumasının VIII çağırış seçkilərində qalib gələrək deputat seçilmişdir. Bu, onun həm iş dünyasındakı uğurlarının, həm də icma və sosial fəaliyyətlərinin tanınmasıdır.
Mehman Novruzovun fəaliyyəti yalnız işgüzar sahə ilə məhdudlaşmır. O, həmvətənlərimiz üçün daima dəyərli dəstək göstərir. Bura yaşayan azərbaycanlıların işlə təmin olunmasında yaxından iştirak edir, hüquqlarının qorunması və sosial müdafiəsi məsələlərinə xüsusi diqqət ayırır.
Eyni zamanda, Mehman Novruzov xeyirxah təşəbbüsləri ilə tanınır. O, müxtəlif sosial layihələrdə aktiv iştirak edir və sponsorluq göstərir, xüsusilə:
Aztəminatlı ailələrə dəstək;
Xəstəxanalar və dispanserlər üçün yardımlar;
Qocalar evlərinə diqqət və dəstək;
Təhsil, sağlamlıq və sosial rifah sahələrində müxtəlif təşəbbüslər.
Onun bu fəaliyyətləri, həm iş dünyasında, həm də icma həyatında nümunəvi sima kimi tanınmasına səbəb olmuşdur. Mehman Novruzovun Masallıya olan sevgisi və vətənpərvərliyi, onun uğurlarını daha da mənalı edir və həmvətənlərinə daim dəstək olmağı ön plana çıxarır.
Beləliklə, Mehman Novruzov Masallının fəxr etdiyi, həm xeyirxahlığı, həm işgüzarlığı, həm də vətənpərvərliyi ilə nümunə olan bir şəxsiyyətdir. Onun fəaliyyəti Rusiya və Masallı Azərbaycan icması üçün böyük dəstək, ilham və örnəkdir. Qeyd edək ki Mehman Novruzov 2024 cü ildə Ümrə Ziyarətində olmuşdur.
Ulusestv.az
Məlumatdan istifadə etdikdə istinad mütləqdir






















































