QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib - FƏRMAN
“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq
Ölkə ərazisində qanunsuz estetik əməliyyat edərək rezonans yaradan saxta həkimlər əhalidə ciddi narahatlıq yaradıb. Artıq insanlar kimə güvənəcəyini bilmirlər.
Məlum olduğu kimi, 2025-ci ilin aprel ayında Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən komissiya təşkil olundu və bir çox saxta diplom ləğv olundu. Buna baxmayaraq, qanunsuz fəaliyyət halları yenə də aşkarlanır.
Bu problemlərlə bağlı Səhiyyə Nazirliyinin estetik, plastik və rekonstruktiv cərrahiyyə üzrə ekspertlerinə üz tutaraq bəzi suallara aydınlıq gətirdik.
Uzman həkimlər - Adil Cümşüdov, Dilqəm Məmmədov, Vüqar Ələkbərov, Taleh Qasımov açıqlamalarında “Hansı həkimlər estetik əməliyyat edə bilər? sualını belə cavablandırıblar: “İxtisas üzrə sertifikasiya imtahanına daxil olub Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən Plastik cərrahiyyə şəhadətnaməsi almayan heç bir həkimin estetik əməliyyat etmək hüququ yoxdur. Bu, Səhiyyə Nazirliyinin də qanunları ilə təsdiqlənib. Heç kim ağızdan-ağıza gəzən sözlərə aldanmasın. Heç bir ümumi cərrahın estetik əməliyyat etməyə hüquqi əsası yoxdur. Eyni zamanda burun xaricində üzün müxtəlif nahiyələrində estetik əməliyyat aparan LOR həkimləri də bu əməliyyatları qanunsuz icra edir. Əgər fəsadlaşmış xəstələr şikayət edərsə, bu həkimlər və çalışdığı müəssisələr ciddi cərimələrə və hüquqi müstəvidə cəzalara məruz qalacaqlar”.
Bəs plastik cərrahiyyə şəhadətnaməsi olmayan şəxslər haqqında hansı tədbirlər görülür?
Həkimlərin sözlərinə görə, əgər bir xəstədə estetik əməliyyatdan sonra fəsadlaşma baş veribsə, onun şikayət etmək hüququ var: “Şikayət zamanı həkimin plastik cərrahiyyə üzrə sertifikasiya şəhadətnaməsi olmadığı aşkarlanarsa, birbaşa cinayət məsuliyyətinə cəlb olunur. Ekspertlər tərəfindən verilən rəydə səlahiyyəti olmadan xəstə üzərində aparılan əməliyyat qəsdən insan yaralamaq olaraq dəyərləndiriləcək”.
Səhiyyə Nazirliyi bu ilin aprel ayında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş Azərbaycan ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısını açıqlayıb. Orada, həmçinin “*” ilə işarəli maddədə cərrahlar tərəfindən icra olunan əməliyyatların da siyahısı yerləşdirilib. Həkimlər qeyd olunan məsələlərə də aydınlıq gətiriblər: “Əslində bu Səhiyyə Nazirliyi tərəfindən ədalətli və incə düşünülmüş bir qərardır. Qanun maddəsinin açıqlamalı izahı - bəzi xarici dövlət universitetlərində rezidentura təhsilini bitirdikdən sonra 2 və ya 3 illik rəsmi universitet proqramı ilə təhsil alaraq bəzi ümumi cərrahlar qarın vəya süd vəzidə aparılan estetik əməliyyatı öyrənirlər. Bu təcrübə də o həkimlərə süd vəzi xərçəngi əməliyyayları zamanı və ya qarın bölgəsi yaralanmalarında əl tutur. Bu ümumi cərrahlar həmin rəsmi sənədi Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiqlədib təqdim etməlidirlər. Əks halda, heç bir ümumi cərrah estetik əməliyyat edə bilməz. Bu qanun maddəsində eyni zamanda LOR həkimlərinə də yer verilib. Amerikada 1-2 universitetdə rezidentura təhsili sonrası 2-3 illik yüksək ixtisas keçərək üzdə bəzi estetik əməliyyatlar etmək hüququ qazana bilərlər. Bu da baş-boyun bölgəsinin xərçəngi zamanı cərrahiyyə əməliyyatlarında onlara yardımçı olur. Yenə həmin rəsmi sertifikat TKTA tərəfindən təsdiq olunmalıdır. Əks halda, etdiyi estetik əməliyyata görə cinayət məsuliyyəti daşıyacaqlar”.























































