18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
201 nömrəli məktəbdə şok iddialar: İşdən çıxarılan müəllimlərin etirafları və yeni səs yazıları üzə çıxdı
201 nömrəli tam orta məktəbində baş verən qalmaqalın əsl səbəbkarı ilə bağlı yeni detallar üzə çıxıb. Müəllim etikasına zidd hərəkətlərə görə işdən uzaqlaşdırılmış M.Saleh və Ş.Lalə adlı keçmiş pedaqoqlar, keçmiş direktor müavini Svetlana Hüseynova barəsində şok ittihamlar irəli sürüblər.
Müəllimlərin yazılı etiraflarında qeyd olunur ki, Hüseynova məktəbə 1995-ci ildə gələndən bəri “rüşvətin təməlini qoyub”. Yeni direktorun məktəbdə şəffaflığı bərpa etmək cəhdlərindən sonra isə Hüseynovanın sosial şəbəkələrdə rəhbərliyə qarşı kampaniya apardığı iddia olunur.
Keçmiş müəllim Lalə Şəfəqətovanın prokurorluğa ünvanladığı rəsmi teleqramda isə daha ciddi ittihamlar yer alır. Onun sözlərinə görə, S.Hüseynova onu və daha bir neçə müəllimi direktor əleyhinə şikayət və kütləvi paylaşımlar etməyə təhrik edib:
“Məni S.Hüseynova direktorun əleyhinə şikayət və paylaşımlar yazmağa məcbur etdi. Qarayaxma məqsədilə müəllimlərdən ibarət qrup yaradaraq bizə rəhbərlik edirdi. Bütün paylaşımlar onun göstərişi ilə hazırlanıb”, – deyə müraciətdə bildirilir.
Həmin teleqramda daha bir ciddi iddia da yer alıb. Şəfəqətova bildirir ki, onun əmək haqqı kartı Hüseynovanın həyat yoldaşı Teymur Həsənovun əlində olub:
“10 faizlə 7000 manat pul vermiş, əvəzində 30.000 manatlıq sənədə imza atdırmışdır.”
Müəllimlər tərəfindən təqdim edilən səs yazılarında Svetlana Hüseynovanın etiraza dözümsüz yanaşdığı, müəllim zidd tərzdə səsini yüksəldərək qarşı tərəfi təhdid etdiyi də eşidilir. Onun tez-tez “hüquq masası” ifadəsi ilə qarşı tərəfi susdurmağa çalışdığı vurğulanır.
Mübahisəli vəziyyətlə bağlı təqdim olunan sənədlərə görə, keçmiş müavin diplomsuz olduğu halda “qəribə yollarla” işə qəbul olunub və bir neçə dəfə işdən çıxarılıb, lakin yenidən vəzifəsinə bərpa olunub. 30 ilə yaxın müddətdə məktəbdə hegemonluq edən Hüseynovanın rəhbər və müəllim heyəti üzərində təzyiqlər göstərdiyi, hətta şagirdlərə və müəllimlərə qarşı fiziki və psixoloji zorakılığa yol verdiyi iddia olunur.
İddialara görə, bu hegemonluq 2023-cü ildə məktəb kollektivi və yeni direktorun qətiyyətli mövqeyi nəticəsində sona çatıb.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının və aidiyyəti təhsil qurumlarının araşdırma apardığı bildirilir.
Məsələ ilə bağlı S.Hüseynovanın münasibətini öyrənmək mümkün olmadı. Yazıda adları çəkilənlərində fikirlərini dərc etməyə hazırıq.
Heqiqixeber.az

































































