“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Bakıda mikroavtobus qəzaya uğradı - 19 yaralı - Yenilənib
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox adam xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Fatkla bağlı araşdırma aparılır.
***
Bakı şəhər DYP İdarəsindən bildirilib ki, bu gün səhər saat 06:00 radələrində paytaxtın Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
“Hyundai” markalı, 99-XM-330 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes” markalı, 10-XE-462 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın cinsli, 1 kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.























































