Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Qazaxda əlilliyi olan qadınlara dəstək məqsədi ilə dəyirmi masa keçirilib
Kanal 20 TV xəbər verir ki, əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində Qazax rayonunda Dəyirmi Masa təşkil olunub. Tədbir “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə reallaşdırılan “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub. Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən dəyirmi masada əlilliyi olan qadın və qızlarla yanaşı, müxtəlif dövlət qurumlarının təmsilçiləri də iştirak ediblər. Görüş zamanı iştirakçılar bu kateqoriyadan olan şəxslərin sosial inteqrasiyası, hüquqlarının qorunması, psixoloji dəstək, məşğulluq imkanları və sosial xidmətlərə bərabər çıxış məsələlərini geniş müzakirə ediblər.Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin, Ombudsman Aparatının regional bölməsinin, məşğulluq, təhsil, səhiyyə və sosial müdafiə sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının və icmaların təmsilçiləri iştirak ediblər. Dəyirmi masa çərçivəsində yaradılmış dəstək qruplarının genişləndirilməsi, yerli səviyyədə şəbəkələşmənin gücləndirilməsi, innovativ yanaşmaların paylaşılması və resursların səfərbər olunması istiqamətində təkliflər səsləndirilib. İştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı perspektivlər müzakirə olunub.38 nəfərin iştirak etdiyi tədbir, əlilliyi olan qadınların səsinin ictimai müzakirələrdə daha aydın şəkildə eşidilməsi və onların hüquqlarının cəmiyyətin diqqət mərkəzində saxlanılması baxımından mühüm platforma rolunu oynayıb.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi bu kimi tədbirlərin bölgələrdə ardıcıl və davamlı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qurum hesab edir ki, regional səviyyədə təşkil olunan bu cür dialoq platformaları, əlilliyi olan qadın və qızların gündəlik üzləşdiyi çətinliklərin işıqlandırılması və onların hüquqlarının müdafiəsi baxımından mühüm rol oynayır. Eyni zamanda, bu tədbirlər yerli icra strukturları, sosial xidmət qurumları və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı anlayış və birgə həll yollarının formalaşdırılmasına zəmin yaradır. Cəmiyyət, əlilliyi olan qadınların sosial inteqrasiyası, diskriminasiyaya qarşı mübarizə və bərabər imkanların təmin olunması istiqamətində bütün tərəfdaş qurumları daha sıx əməkdaşlığa və praktiki dəstəyə çağırır.“Bölgələrdə bu kimi tədbirlərin keçirilməsi, əlilliyi olan qadınların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və onların hüquqlarının təmin olunması baxımından böyük önəm daşıyır. Biz bütün aidiyyəti qurumları bu prosesə daha fəal şəkildə qoşulmağa dəvət edirik,” – deyə Əlil Qadınlar Cəmiyyəti bəyan edib.Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.























































