“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi növbəti seminarını Bakıda təşkil etdi
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.
Bugun.tv -yə daxil olan məlumata əsasən, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə xanım Rəhimova seminarın məqsədi, layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verib.
Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verilib. Əlilliyi olan məcburi köçkün qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirilib. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər və onların önəmliliyi, həlli yolları haqqında müzakirələr aparılıb. Əlilliyi olan qadınların və qızların yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışılıb və onların hüquqlarının təmini və icmalar tərəfindən onlara bu sahədə dəstəyin verilməsinin önəmi vurğulanıb.

Seminarın məqsədi:
Əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etməkdir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin layihənin dəstəyi ilə Bakı şəhərində növbəti seminar 08-09 noyabr tarixlərində maraqlı tərkibdə təşkil edilmişdi. Seminarda universitet tələbələrinin əlilliyi olan gənclər, onların ailələri, digər icma üzvülərinin iştirakçılığı təmin edilib. Seminarda təlimçi İradə Rizazadə tərəfindən əlilliyi olan qadın və qızların ictimai yerlərdə fəallığının artırılması istiqamətində məlumatlanma sesiyası iştirakçılar arasında maraq doğurub.
Seminarda Qərbi Kaspi Universitetinin tələbəsi, könüllülərin cəlb olunmasında Lamiyə Miriyeva gənc fəal qızımız iştirak edib. Onun təşəbbüsü ilə əlilliyi olan gənclərin könüllü olaraq, ingilis dili kurslarına cəlb olunması, təhsillərinə dəstək, icmaların fəallığının artırılması həyata keçirilib. Həmçinin qeyd olunub ki, bunun nəticəsində də seminara qoşulan iştirakçıların sayı artıb.
Seminarın dəstəyi ilə əlilliyi olan qadınlara psixoloji dəstək, məşğulluq, hüquqi yardımların təşkilində yerli icmaların iştirakçılığı ilə məlumatlandırılmanın artırılmasına ehtiyyacın olduğu gündəmə gətirilib. Seminarda Bakı şəhərində yaşayan yerli icma üzvləri ilə sosial işə maraqları olan gənclərin iştirak etməsi maraqlı müzakirələrə səbəb olub.
Seminarda Bakı şəhərindən olan və müxtəlif sahələri təmsil edən icma qrupları üzvləri və əlilliyi olan qadın və qızların yaxınları, qohumları və özləri iştirak ediblər.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
Həmçinin, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidmətindən verilən məlumata görə sözügedən seminarda 25 nəfər iştirak edib.























































