Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
“Əlil Qadınlar Cəmiyyəti”nin sədri İsveçdə Skandinaviya ölkələri üzrə səfir Zaur Əhmədovla görüşdü
Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İsveçdə səfərdə olan “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Qaramanlı və cəmiyyətin İH-nin üzvü Firuzə Babayeva Azərbaycan Respublikasının Skandinavia ölkələrindəki(Norveç,İsveç,Finlandiya, Danimarka) fövqəladə və səlahiyyətli nümayəndəsi, səfir cənab Zaur Əhmədovla Stockholmdakı səfirliyin binasında görüş keçirib. Görüş səfirliyin binasını tanışlığı ilə başlayıb. Daha sonra ölkəmizlə, xüsusən də son dövrləri əks etdirən hadisələrlə əlaqədar bütün Skandinaviya regionunda səfirliyin keçirdiyi tədbirlərlə bağlı Z.Əhmədov qonaqları məlumatlandırıb.
Səfir Zaur Əhmədov “İz” filminin yaradıcı heyətini böyük məmnuniyyətlə təbrik edib. “Film Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. Stokholmdakı təqdimatla bağlı ermənipərəst dairələrin son günlərdə sosial şəbəkələrdə qeydə alınan narahatlığı filmin artıq hədəflərinə çatmasının göstəricisidir”, – deyə səfir vurğulayıb.
Ermənilərin keçirilən təqdimatdan narahat olmasını görüşdə iştirak edən Beynəlxalq Media Qurupunun rəhbəri rejissor Rahim Sadıqbəyli də dilə gətirib. O, sosial şəbəkələrdə – həm X səhifəsində, həm də Facebook və İnstaqramda bu tədbirlə əlaqədar paylaşımlarda erməni troll qurupunun hücumundan danışıb. “Əlil Qadınlar Cəmiyyəti” Ictimai Birliyinin sədri Məhluqə Qaramanlı tədbirdə iştiraka görə cənab səfir Zaur Əhmədova öz minnətdarlığını bildirib. O, Skandinaviyada işləməyin çətinlikləri barədə əvvəlcədən də məlumatlı olduğunu deyib. Cənab səfirə bu çətin işdə uğurlar arzulayıb.
Sonda Zaur Əhmədov, Avropadakı Azərbaycan yönümlü cəmiyyətlərlə Azərbaycan Respublikasındakı Qeyri Hökumət Təşkilatları arasında iş birliyinin vacibliyindən danışıb. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müxbir: İntizar Əmirova
























































