Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Ağstafada dövlət qurumlarının iştirakı ilə əlilliyi olan qadınlara dəstək məqsədilə dəyirmi masa keçirilib
Kanal 20 TV xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə icra olunan “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində bölgələrdə silsilə tədbirlər davam etdirilir. Bu kontekstdə növbəti dəyirmi masa Ağstafa rayonunun Yazıçılar Evində təşkil olunub.Bu barədə cəmiyyətin sədri Məhluqə Rəhimova məlumat verib. “Görüşdə əsas diqqət əlilliyi olan qadın və qızların sosial problemlərinin aşkarlanması və onların həll yollarının müzakirəsinə yönəlib. İştirakçılar psixoloji dəstək imkanları, sosial müdafiə mexanizmləri, məşğulluq sahəsindəki çətinliklər və cəmiyyətdə rast gəlinən diskriminasiya halları barədə geniş fikir mübadiləsi aparıblar”, – deyə, o, əlavə edib.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan şəxslərin ictimai xidmətlərə bərabər çıxışını təmin etmək, məişət zorakılığına qarşı mübarizə yollarını müzakirə etmək və ayrımçılıq hallarının aradan qaldırılmasının zəruriliyini ictimaiyyətə çatdırmaq olub.Tədbirdə geniş iştirak təmin olunub. Ağstafa RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Zeynalova, eyni şöbənin müdir müavini, dini qurumlarla iş üzrə təşkilatçı İsa Məmmədov, həmçinin rayonunun müxtəlif dövlət strukturlarının nümayəndələri, yerli bələdiyyələrin təmsilçiləri, sosial xidmət, məşğulluq və turizm sahəsində fəaliyyət göstərən qurumların, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və yerli icma üzvləri iştirak ediblər.
Diskussiyalar zamanı bir sıra konkret təşəbbüslər səsləndirilib. Əlilliyi olan qadınlara yönəlik yeni dəstək qruplarının formalaşdırılması, icmalararası əməkdaşlıq platformalarının gücləndirilməsi, eləcə də innovativ yanaşmaların tətbiqi ilə sosial inteqrasiyanın artırılması istiqamətində ideyalar irəli sürülüb. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova çıxışının sonunda qeyd edib ki, bu kimi tədbirlərin regionlarda keçirilməsi əlilliyi olan qadın və qızların səsinin eşidilməsi və hüquqlarının daha effektiv müdafiəsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Dəyirmi masada 35 nəfər iştirak edib.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.























































