Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Gəncə şəhərində əlilliyi olan qadınlara dəstək məqsədi ilə növbəti dəyirmi masa təşkil olunub
News365.az xəbər verir ki, əlilliyi olan qadın və qızların ictimai xidmətlərə bərabər çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə Gəncə şəhərində geniş tərkibli dəyirmi masa təşkil olunub. Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri Elnarə Dərziyeva media qurumlarına məlumat verib. Onun sözlərinə görə, tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub.
“Artıq 3 ildir ki, davam edən layihə çərçivəsində gerçəkləşdirilən dəyirmi masa bu dəfə Gəncə Plaza-da təşkil olundu. Əsas müzakirə mövzuları əlilliyi olan qız və qadınların hüquqları, psixoloji dəstək imkanları, sosial müdafiə mexanizmləri və məşğulluq perspektivləri olub. Tədbirin məqsədi bu kateqoriyadan olan şəxslərin ictimai xidmətlərə bərabər çıxışını təmin etmək, zorakılığın qarşısının alınması yollarını araşdırmaq və diskriminasiyanın aradan qaldırılmasının vacibliyini ictimai gündəmə gətirməkdir. Görüşdə aidiyyatlı dövlət qurumunun nümayəndələri, o cümlədən yerli icra hakimiyyəti, bələdiyyələr, Ombudsman Aparatının yerli bölməsi, sosial xidmət və məşğulluq orqanları, təhsil və səhiyyə müəssisələrinin təmsilçiləri, eləcə də qeyri-hökumət təşkilatları və icma üzvləri iştirak ediblər”, – E.Dərziyeva bildirib.
Tədbir zamanı yaradılmış dəstək qruplarının genişləndirilməsi, şəbəkələşmənin gücləndirilməsi və innovativ ideyaların paylaşılması istiqamətində bir sıra təşəbbüslər səsləndirilib. İştirakçılar arasında fikir mübadiləsi aparılıb və birgə əməkdaşlıq imkanları müzakirə olunub.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bu cür platformaların bölgələrdə əlilliyi olan qadın və qızların səsinin eşidilməsi, onların hüquqlarının qorunması və sosial inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb.
Dəyirmi Masada 38 nəfər iştirak edib.
Qeyd edək ki, Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.























































