Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
24-10-2026, 12:16

Sürücülərin nəzərinə!

Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

07 Sentyabr 2025 10:35Manşet / Gündəm / Dünya

Zelenski gecəki kütləvi hücumdan danışdı

 

“Rusiyanın Ukraynaya gecə hücumu zamanı törətdiyi qətllər, real diplomatiyanın başlaya biləcəyi bir vaxtda baş verir, bu, qəsdən törədilmiş cinayət və müharibənin uzadılmasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“800-dən çox pilotsuz təyyarə, 13 raket, onlardan dördü ballistikdir... İlkin məlumata görə, bir neçə pilotsuz təyyarə Ukrayna və Belarus sərhədini keçib”, - o vurğulayıb.

Dövlət başçısı Kiyevdə yaşayış binalarının dağıdıldığını deyib:

“Hazırda biri uşaq olmaqla iki nəfərin öldüyü məlumdur. Təkcə paytaxtda onlarla yaralı var. Zaporojyedə 20-dən çox ev və uşaq bağçasına ziyan dəyib. Krivoy Roqda anbarlar dağılıb. Odessada çoxmərtəbəli binaya hücum olub. Son 24 saat ərzində bir çox rayonlar zərər çəkib”.