Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Qəzaya düşən qız “iPhone 14” sayəsində xilas oldu
ABŞ-də 16 yaşlı qız keçirdiyi yol qəzasında “iPhone 14”ün avtomatik olaraq “911”ə (təcili yardım) zəng etməsi sayəsində xilas olub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında evinə qayıdarkən sükan arxasında yuxuya gedən Lindsay Leskovak qəza törədib.
Hadisə vaxtı maşından çölə atılan Leskovak ağır xəsarətlər alıb, hər iki ayağında və boyun fəqərələrində sınıqlar yaranıb.
Huşunu itirən qıza ilk yardım telefonun işə düşən “qəza aşkarlama” (crash detection) xüsusiyyəti sayəsində göstərilib. Telefon toqquşmanı aşkar edən kimi “911”ə avtomatik zəng vurub. Məlumat əsasında hadisə yerinə göndərilən təcili yardım briqadası qızı xilas edərək xəstəxanaya çatdırıb.
Leskovakın anası qızının telefonundakı bu xüsusiyyətdən xəbərsiz olduğunu bildirib. Ana bütün istifadəçilərə bu xüsusiyyətin açıq olub-olmadığını yoxlamağı tövsiyə edib.
Bəs bu xüsusiyyəti telefonda necə aktivləşdirmək olar?
Bunun üçün telefonda: “Parametrlər” > “Təcili SOS” > “Şiddətli avtomobil qəzasından sonra zəng et” seçimini “açıq” vəziyyətə gətirmək lazımdır.
“Apple”ın “Qəza aşkarlama” xüsusiyyəti aşağıdakı modellərdə mövcuddur:
- “iPhone 14” və ya daha yeni bütün “iPhone” modelləri (iOS 16 və sonrası);
- “Apple Watch Series 8” və sonrası;
- “Apple Watch SE” (2-ci nəsil);
- “Apple Watch Ultra” və sonrası (watchOS 9 və sonrası).























































