Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Seymur Orucov rayon ağsaqqalları ilə görüşdü
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq Ağstafa şəhərində rayon ağsaqqalları ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Seymur Orucov giriş nitqində görüşün əhəmiyyətindən söz açıb.
RİH başçısı bildirib ki, hər zaman ağsaqqal və ziyalılara xüsusi ehtiramla yanaşan Ulu Öndər Heydər Əliyevin onlara diqqət və qayğı ənənəsi hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir. Ölkəmizdə ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıb, onların cəmiyyətin həyatının önəmli məsələlərinin həllində dəyərli töhfələri nəzər alınır.
Seymur Orucov ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa rayonunda görülən işlərdən, o cümlədən əhalinin rifahının yaxşılaşdırılması məqsədilə icra olunan sosial infrastruktur layihələrdən, həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açıb, ağsaqqallardan qeyd olunanlara dair öz fikir və tövsiyələrini bildirməyi xahiş edib.
Görüşdə rayonun ictimai-siyasi və sosial-iqtisadi inkişafına dair icra olunan və icrası nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, ağsaqqalların təklif və müraciətləri dinlənilib.
Sonda ağsaqqallarla xatirə şəkli çəkdirilib.





























































