Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Regionların sosial-iqtisadi inkişafında İsmayıllı modeli - Müasirləşən qədim yurd
Azərbaycanın ən sürətlə inkişaf edən bölgələrindən biri olan İsmayıllı rayonu, paytaxt Bakıdan təxminən 185–200 km məsafədə yerləşir. Rayonun tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc və Basqal) və 105 kənd daxildir.
Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqlarda, Acınohur alçaq dağlığında və Alazan-Həftəran vadisində yerləşən İsmayıllı, həmçinin Şirvan düzünün şimal hissəsini də əhatə edir. Zəngin təbiəti və turizm potensialı ilə seçilən bu bölgə, son illərdə həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində daha da inkişaf edib.
Bütün görülən kompleks tədbirlər İsmayıllının inkişafına təsir göstərən bariz nümunədir.
Təhsil sahəsində mühüm addımlar
İsmayıllı rayonunda təhsilin inkişafına xüsusi diqqət yetirilir. Buna nümunə olaraq, 2025-ci il mayın 26-da Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən internat tipli "Talıstan" liseyini göstərmək olar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bu lisey, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində tikilib. Dörd mərtəbəli və beş korpusdan ibarət olan binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika və texnologiya kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.
2024-cü ildə isə rayonda 6 yeni təhsil müəssisəsi inşa edilərək, 3 məktəb isə əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Bu məktəblərdə yaradılan şərait, şagirdlərin keyfiyyətli təhsil almasına və müəllimlərin daha səmərəli işləməsinə imkan yaradılıb.

İnfrastruktur layihələri və yol tikintisi
İsmayıllı rayonunda yol infrastrukturunun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyev bölgəyə son səfəri zamanı Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı–İsmayıllı–Qəbələ hissəsində görülən işlərlə tanış olmuşdur. Layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilmiş, ikinci texniki dərəcəyə uyğun 85,6 kilometr yol qurulub. Yolboyu Ağsuçay üzərində asma körpü inşa olunur və bu körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.
Bundan əlavə, 2025-ci il iyunun 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun altı kəndi ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb.

Sosial rifah və iqtisadi inkişaf
Rayonda əhalinin işlə təmin olunması üçün müxtəlif layihələr həyata keçirilir. İsmayıllı rayonunun Tircan kəndində illik istehsal gücü 25 milyon litr olan su istehsal müəssisəsi tikilir ki, burada 80 nəfər işlə təmin ediləcək. Bununla bağlı Prezidentin bölgəyə son səfəri zamanı məlumat verilib.
Sosial sahədə də ciddi addımlar atılır. Yeni salınan parklar, idman meydançaları, uşaq bağçaları və tibb müəssisələri rayon sakinlərinin gündəlik həyat keyfiyyətini yüksəldir. Xüsusilə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait diqqətəlayiqdir.
Rayonda abadlıq-quruculuq işləri geniş vüsət almış, aqrar sənayenin prioritet istiqamətləri müəyyənləşdirilib. Müxtəlif illərdə əhalinin içməli su ilə təmin edilməsi ilə bağlı həyata keçirilən layihələr, "Dost evi" mərkəzinin açılması, dövlət dəstəyi ilə 15 kənd qonaq evinin yaradılması və s. kimi böyük layihələr bu regiona olan böyük diqqətin bir neçə nümunəsidir.

Nahid Bağırovun rəhbərliyi dövründə İsmayıllının inkişafı
İsmayıllı rayonunun inkişafına rayon icra hakimiyyətinin, icra başçısı Nahid Bağırovun da xüsusi diqqəti və qayğısı sürətlə görülən işlər fonunda hiss olunur.
Belə ki, Nahid Bağırovun 2020-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə rayonun sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələyə qədəm qoyulub. Onun rəhbərliyi ilə rayonda kompleks və davamlı inkişaf strategiyası həyata keçirilməyə başlanıb.

Nahid Bağırovun icra başçısı təyin olunduğu dövrdən keçən müddət ərzində şəhərin inkişafında, əhalinin sosial rifahının yaxşılaşdırılmasında, turizm potensialının artırılmasında böyük işlər görülüb, iri layihələr həyata keçirilib. Onun rəhbərliyi ilə bir sıra kənd və qəsəbələrdə yeni məktəb binaları tikilərək istifadəyə verilib, yollar təmir olunub, sosial obyektlər inşa edilib.
Rayonda turizm sahəsinin inkişafına da xüsusi önəm verilir. Rayonun tarixi qəsəbələri hesab olunan Lahıc və Basqalda aparılan restavrasiya və abadlıq işləri, ekoturizm və kənd turizmi üçün yaradılan şərait regiona turist axınını artırıb. Xüsusilə "Kənd qonaq evləri" layihəsi çərçivəsində dövlət dəstəyi ilə yerli ailələrə biznes qurmaq imkanı verilib, bu da həm məşğulluğun artmasına, həm də yerli iqtisadiyyatın canlanmasına səbəb olub.

İcra başçısının xüsusi ilə insanyönümlü fəaliyyəti rayonun sakinləri tərəfindən xüsusi rəğbətlə qarşılanır. Tez-tez sakinlərlə görüş keçirən icra başçı onların problemini dinləyərək, suallarına cavab verir. Rayonda xüsusi ilə şəhid ailələri və qazilərə, aztəminatlı ailələrə göstərilən qayğı icra başçısının əhaliyə olan diqqətinin əsas nümunələrindəndir.
Son olaraq qeyd edək ki, İsmayıllı rayonunda həyata keçirilən genişmiqyaslı layihələr və islahatlar əhalinin rifahının yüksəldilməsinə, infrastrukturun müasirləşdirilməsinə və sosial xidmətlərin genişləndirilməsinə yönəlib. Bu tədbirlər rayonun davamlı inkişafını təmin edir və sakinlərin həyat keyfiyyətini artırır.
Aydın























































