Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Samuxda torpaq qalmaqalı – “6500 dollara aldığım torpaq başqasına satılıb”/ İDDİA-VİDEO FAKT
Samux rayon sakini Axundova Lətafət Nəcməddin qızı redaksiyamıza müraciət edərək, illər əvvəl aldığı torpaq sahəsi ilə bağlı ciddi qalmaqaldan danışıb. Onun sözlərinə görə, 2014-cü ildə Samux rayon sakini Bəşirova Gülaçar Murad qızından 6500 ABŞ dollarına 1,57 hektar torpaq sahəsi alıb və həmin vaxtdan bəri həmin torpaqdan istifadə edib.
Lakin bir neçə gün öncə aldığı xəbər Lətafət xanımı dərin şoka salıb. O öyrənib ki, Bəşirova Gülaçar və həyat yoldaşı Nəcməddin Bəşirov həmin torpaq sahəsini başqa şəxsə – Asif adlı adama 18 min manata satıblar.
Məsələni dəqiqləşdirmək üçün Lətafət xanım Gülaçar Bəşirovanın həyat yoldaşı Nəcməddin Bəşirovla telefon əlaqəsi saxlayıb. Lakin eşitdikləri onu daha da çaşdırıb və sözün əsl mənasında şoka salıb. Telefon danışığının məzmunu Lətafət xanımın iddialarını gücləndirir.
Lətafət xanım redaksiyamıza müraciət edərkən, torpağı həqiqətən 6500 dollara aldığını sübut edən səs yazıları və video görüntüləri əməkdaşımıza təqdim edib. Bundan başqa, torpaqla bağlı qonşuların və sabiq bələdiyyə sədrinin də təsdiqi var. Onlar sözügedən torpağın məhz Lətafət xanım tərəfindən alındığını bildiriblər.
Hadisə ictimaiyyətdə haqlı narazılıq doğurur. Çünki torpaq mübahisəsi təkcə vətəndaşların şəxsi problemi deyil, həm də hüquqi dövlət prinsiplərinə zidd hal kimi qiymətləndirilə bilər. Bu baxımdan Lətafət xanım ümid edir ki, məsələ ilə bağlı təqdim edilən video və materiallara aidiyyəti dövlət qurumları biganə qalmayacaq, işə hüquqi qiymət veriləcək.
"Turkdunyasi.az" olaraq biz də adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
Araşdırmalarımız davam edir.
Davamı var...
Ətraflı video sujetdə:
"Turkdunyasi.az"























































