Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
Zəmanət verilməyən malı necə qaytarmaq olar?
Hər hansı bir məhsulu alarkən diqqət yetirdiyimiz əsas məqam onun yararlılığı ilə bağlı zəmanətinin olub-olmamasıdır. Xüsusilə də mobil telefon və məişət əşyalarının alışı zamanı zəmanət amili daha çox aktuallaşır.
“Qafqazinfo” xəbər verir ki, təcrübədə belə məhsulların satışında zəmanətin olmadığı hallar da az deyil. Hətta müştəri bu barədə əvvəlcədən məlumatlandırılır. Bir çox hallarda isə məhsula zəmanətin verilməsi qiyməti artıran amilə çevrilir. Yəni zəmanət verilən məhsulun qiyməti zəmanətsiz məhsula nisbətən daha yüksək olur.
Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Ümumiyyətlə, məhsula zəmanət verilməyə bilər?
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə, zəmanət müddəti malın pasportunda və ya yarlığında, yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, zəmanət müddətləri malın istehlakçıya verildiyi gündən hesablanır. Qanunvericiliyə görə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.
.jpg)
Mülki Məcəlləyə görə isə əgər əşya üçün zəmanət müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın verildiyi gündən 2 il ərzində və ya müqavilədə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti isə əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Bu o deməkdir ki, zəmanətsiz məhsulun də zəmanət müddəti olur. Alıcı 2 il ərzində əşyanın qüsurları ilə bağlı tələblər irəli sürə bilər.
Zəmanət müəyyənləşdirilməyən məhsullar üçün 2 illik zəmanət bu müddətdən aşağı olan qarantı aktuallaşdırır. Maraqlıdır, zəmanət müəyyən olunduqda, müddət nə qədər olmalıdır?
Mülki Məcəlləyə görə, müqavilədə nəzərdə tutulan müddət 2 ildən az olduqda və alıcı əşyanın qüsurlarını müddət bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən 2 il ərzində aşkar etdikdə, buna görə məhsulu satan məsuliyyət daşıyır. Lakin bir şərtlə ki, alıcı məhsulun qüsurlarını əşyanın alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən yarandığını sübuta yetirsin.
.jpg)
Ancaq məsələ təkcə məhsula zəmanətin verilməsi və onun müddətindən ibarət deyil. Əsas amil, həmçinin məhsulun qüsurlarına görə cavabdehin kim olmasının müəyyən olunmasıdır. Belə ki, Mülki Məcəlləyə görə, əgər alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, qüsurlar üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantı verdiyi əşyanın qüsurları üçün eyni zamanda, o halda cavabdehdir ki, qüsurların qarşı tərəfin ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması, həmçinin üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübut edə bilməsin.
Bundan başqa, satıcı malın qüsurları barəsində qabaqcadan məlumat verməyibsə, alıcının satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan məhsulun qiymətinin buna uyğun olaraq azaldılmasını tələb etmək ixtiyarı var. Bu halda alıcı, həmçinin satıcıdan əşyanın qüsurlarının əvəzsiz aradan qaldırılmasını, bu məqsədlə özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi də tələb edə bilər.
Ceyhun Həmid
























































