Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər
2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər.
Qeyd edilməlidir ki, Kəlbəcərin azad edilməsindən sonra Pezident İlham Əliyev Kəlbəcərə 7 səfər edib. Avqustun 21-dəki sonuncu səfər zamanı ölkə başçısı Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında, Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin və Kəlbəcər şəhər parkının təməlinin qoyulması mərasimlərində, “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib. Bu səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşərək onlara mənzillərin açarlarını təqdim edib. Görüş zamanı dövlət başçısı çıxış edərək bildirib: "Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı."Bu sözlərlə Prezident İlham Əliyev Kəlbəcər sakinlərinin doğma torpaqlarına qayıdışını yüksək qiymətləndirib və onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işləri vurğulayıb.
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış oldular. Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını etdi.
Xatırladaq ki, Prezidentin əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir.
Dövlətimizin başçısı Kəlbəcərdə sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində həmçinin vacib mesajlar da səsləndirdi. İşğal dövründə Ermənistanın bir qarış belə torpaq qaytarmaq niyyətində olmadığını, o vaxtkı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə bütün səylərini münaqişənin dondurulmasına yönəltdiyini xatırlatdı. Cənab Prezident bir daha bəyan etdi ki, məhz həmsədrlərin qərəzli mövqeyi səbəbindən münaqişəni sülh yolu ilə həll etmək mümkün olmadı. İşğal dövründə təcavüzkara göstərilən hərtərəfli dəstəyin əsas məqsədi həm də azərbaycanlıların öz doğma yurdlarına qayıdışına mane olmaq idi. Lakin Azərbaycan öz gücü hesabına bu məkrli planların hamısını alt-üst etdi, öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Mürəkkəb relyefə malik olan Kəlbəcərin 1 güllə atmadan qaytarılması Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra böyük uğuru idi. Beləliklə, Azərbaycan regionda ədaləti təmin etdi, separatizmin kökünü kəsdi. Məhz Azərbaycanın gücü, siyasi iradəsi sayəsində regionda yeni reallıqlar yaranıb. Artıq Azərbaycan-Ermənistan münasibətləri də yeni mərhələyə qədəm qoyub. Rəsmi Bakının müəllifi olduğu, bu günlərdə paraflanmış sülh müqaviləsi də Azərbaycanın maraqlarını təmin edir. Bunu dövlətimizin başçısı Kəlbəcər sakinləri ilə görüşdə də qeyd etdi. Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmək öhdəliyi götürüb. Cənab Prezident eyni zamanda tarixi diyarımız olan Naxçıvanla quru bağlantısının təmin olunmasına da diqqət çəkdi. “Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”, – deyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul edir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə ərazilərimizdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir. Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır. Burada görülən işlər yalnız həmin rayonların deyil, bütövlükdə Azərbaycanın inkişafına xidmət edir.
Ölkə başçısının işğaldan azad edilən bölgələrə səfərlərin hər biri Böyük Qayıdış Proqramının icrasının uğurla başa çatacağına, soydaşlarımızın bütünlüklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyi artırır. Əsas hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünü doğma yurd-yuvasına qaytarmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü























































