Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Safran Hotel”də “Azərbaycanda Fələstin Mətbəxi Günləri” tədbiri keçirilib
Diplomatiya və Dadların Görüşü: Səfirlər Bakıdakı Fələstin Mətbəxi Günlərində 12 avqust 2025-ci il tarixində Bakı şəhərinin nüfuzlu məkanlarından olan “Safran Hotel”də keçirilən “Azərbaycanda Fələstin Mətbəxi Günləri” tədbiri böyük maraq və coşqu ilə yekunlaşdı. Tədbir Peşəkar Qənnadçılar İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi, Qida Təhlükəsizliyi Hərəkatı və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı, Fələstinin Azərbaycandakı Səfirliyi, Qan Donorları Assosiasiyasının tərəfdaşlığı, Safran Hotelin sosial tərəfdaşlığı, həmçinin bir sıra media qurumlarının dəstəyi ilə baş tutdu.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və tədbirin moderatoru Asim Vəliyev çıxış edərək bildirdi ki, bu tədbir xalqlar arasında dostluğun, mədəni əməkdaşlığın və qarşılıqlı hörmətin təntənəsidir, Fələstin mətbəxinin Azərbaycan xalqı tərəfindən sevgi ilə qarşılanması isə xüsusi qürur doğurur.
Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev çıxış edərək bildirdi ki, “Fələstin Mətbəxi Günləri” xalqların mədəni və qastronomik körpüsünü gücləndirən mühüm təşəbbüsdür.
Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov çıxış edərək bildirdi ki, "insan sağlamlığı sağlam qidadan başlayır və bu səbəblə fəaliyyətimizdə sağlam qidalanmaya əhəmiyyət veririk".
Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani çıxış edərək bildirdi ki, tədbir iki qardaş xalqın mədəni və qastronomik əlaqələrini daha da möhkəmləndirib.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün çıxış edərək bildirdi ki, regionun qida mədəniyyətinin zənginliyi bu cür tədbirlərlə daha da görünür olur.
İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar çıxış edərək bildirdi ki, qastronomiya həm ürəkləri, həm də mədəniyyətləri birləşdirir və bu kimi tədbirlər xalqlar arasında dostluğu möhkəmləndirir.
Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini çıxış edərək bildirdi ki, Fələstin mətbəxinin incəliklərini Azərbaycanın qonaqpərvərliyi ilə birləşdirmək qürurvericidir.
WICS-in qurucusu, Azərbaycan milli mətbəxinin ustadı Tahir Əmiraslanov çıxış edərək bildirdi ki, mətbəx sadəcə yemək deyil, eyni zamanda bir xalqın tarixini, mədəniyyətini və ruhunu yaşadan ən qiymətli irsdir və bu tədbir xalqlar arasında mədəni körpülərin qurulmasına töhfə verir.
Smart Hotels Group və Skal International Bakunun rəhbəri Ceyhun Aşurov çıxış edərək bildirdi ki, bu tədbirdə iştirak etmək onların qonaqpərvərlik missiyasının bir hissəsidir.
WICS-in Fələstin nümayəndəliyinin rəhbəri Hüsameddin Kefah çıxış edərək bildirdi ki, “Fələstin mətbəxinin dünyada təbliği üçün Azərbaycanla birgə layihələr həyata keçirməkdən qürur duyuruq.”
Səfirlər və digər qonaqlar Fələstin mətbəxinin ənənəvi yeməklərindən olan musaxxan, Məkkə şorbası, Fələstin üslubu qovurma, şirniyyatlardan kənəfə, baklava, qatayif ilə yaxından tanış oldular. Tədbir 100-ə yaxın iştirakçını bir araya gətirərək Fələstin–Azərbaycan mədəni əlaqələrinə mühüm töhfə verdi. Qonaqlar həm Fələstin ləzzətlərini dadmaq, həm də Azərbaycan şirniyyat sənətinin incəlikləri ilə tanış olmaq imkanı qazandılar.




























































