Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

05 Mart 2025 07:31Manşet / Dünya

Fələstin seçkiyə gedir

 

Fələstin Prezidenti Mahmud Abbas bir il ərzində bütün ölkə ərazisində ümumi seçki keçirməyə hazır olduğunu açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o bu barədə Ərəb Dövlətləri Liqasının Misirdə keçirilən fövqəladə sammitinin açılışında bildirib.

“Biz təsdiq etmək istərdik ki, şərait imkan verərsə, bir il ərzində həm prezident, həm də parlament seçkisi keçirməyə tam hazırıq”, - Abbas vurğulayıb.

Fələstin lideri qeyd edib ki, o, təkcə İordan çayının Qərb sahili və Şərqi Qüdsdə deyil, Qəzza zolağında da seçki keçirilməsini nəzərdə tutur.