“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Karpal Tunel Sindromunun müalicəsi də icbari tibbi sığorta təminatına daxildir
Karpal Tunel Sindromu (KTS) – orta (median) sinirin karpal kanal (bilək kanalı) daxilində sıxılması nəticəsində yaranan nevroloji pozuntudur. Karpal tunel – əlin ovuc hissəsində yerləşən, sümüklər və bağlarla əhatə olunmuş dar bir anatomik boşluqdur. Bu sindrom gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən, müalicə olunmadıqda oynaqda kontrakturaya (hərəkət məhdudiyyəti) səbəb olan xəstəlikdir.
“Qafqazinfo” xəbər verir ki, diaqnoz pasiyentin şikayətləri və klinik qiymətləndirmə əsasında aparılır. İcbari tibbi sığorta hesabına aşağıdakı diaqnostik üsullardan istifadə olunur:
- Elektromioqrafiya (EMQ) – əzələlərin bioelektrik fəaliyyətinin qiymətləndirilməsi;
- Elektroneyroqrafiya (ENG) – sinirdə elektrik fəaliyyətinin qiymətləndirilməsi (impulsun yayılma sürəti və ya fəaliyyət potensialının ölçülməsi);
- Ultrasəs müayinə (USM) – median sinirin vizualizasiyasını təmin edir;
- Kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) – bəzi hallarda əməliyyata hazırlıq zamanı əlavə diaqnostik metod kimi təyin olunur.
Müalicə taktikasının əsası karpal tunelin daralması səbəblərinin aradan qaldırılmasından ibarətdir. Bu məqsədlə həm konservativ terapiya, həm də cərrahi müdaxilə istifadə olunur. Konservativ müalicəyə çıxıqların salınması, əlin immobilizasiyası, endokrin və metabolik pozğunluqların korreksiyası, iltihabın və ödemlərin aradan qaldırılması daxildir. Xəstəliyin ilkin mərhələsində müalicəyə başlamaq şərti ilə halların yarısında konservativ terapiya yaxşı nəticələr verir. Konservativ tədbirlər effektsiz olduqda, yaxud xəstə həkimə gec müraciət etdikdə karpal tunel sindromu cərrahi müalicə tələb edir. Açıq və ya endoskopik əməliyyatlarla bilək kanalının həcminin artırılması və median sinirin sıxılmasının aradan qaldırılması təmin edilir.
KTS-nin müayinə və müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Pasiyentlər diaqnostik prosedurlardan tutmuş fizioterapiya və zəruri hallarda cərrahi müdaxilə daxil tibbi xidmətlərdən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında yararlana bilərlər.
KTS özünü aşağıdakı simptomlarla göstərir:
- Baş barmaq və digər barmaqlarda (xüsusilə şəhadət, orta və adsız barmaqda) keyimə, qaşınma, iynəbatırma hissi;
- Əldə zəiflik, kiçik əşyaları saxlamaqda çətinlik;
- Simptomlar xüsusilə gecələr və əl eyni vəziyyətdə uzun müddət saxlandıqda (məsələn, avtomobil idarə edərkən, telefonla danışarkən) daha da güclənir;
- Bəzi hallarda hissiyyat qola və çiyinə qədər yayıla bilər;
- Pasiyentlər bu vəziyyəti “sanki elektrik vurması” və ya əllərini “silkələmək ehtiyacı” ilə təsvir edirlər.
KTS karpal kanal daraldıqda inkişaf edir. Bu sindrom daha çox sadalanan səbəblərdən baş verir:
- əsas gücün mil-bilək oynağına düşdüyü ağır fiziki iş zamanı - montajçılar, mexaniklər;
- əlin uzun müddət bir vəziyyətdə saxlanılması - musiqiçilər, fotoqraflar;
- kompüterdə uzunmüddətli iş;
- əllərin tez-tez vibrasiyaya məruz qalması - inşaatçılar, sürücülər.
Birbaşa səbəblərlə yanaşı, hamiləlik, menopauza, piylənmə, tiroid disfunksiyaları, böyrək çatışmazlığı, limfostaz, şəkərli diabet, revmatoid artrit və podaqra kimi amillər də KTS riskini artırır. KTS qadınlarda daha çox rast gəlinir. Bu, karpal tunelin qadınlarda daha dar olması və hormonal təsirlərlə izah olunur.























































