“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
DYP dəhşətli qəzadan sonra çağırış etdi
“Yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir. Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş DYP İdərəsinin sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciətində bildirilib.
Qeyd edilib ki, həmin şəxslərə daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşrutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunması tövsiyə edilir: “Sərnişinlər də öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıya çevrilməməlidirlər.
Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır.
Dəyərli sərnişinlər! Səfərlərinizi təsadüfi şəxslərə etibar etməyin. Bu, mənzil başına sağ-salamat çatmanızın öncədən sığortalanması deməkdir”.
Qeyd edək ki, bu gün sübh vaxtı Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Belə ki, hadisədən bir neçə dəqiqə sonra lentə alınmış görüntülərdə qəzaya düşmüş mikroavtobusun sağ hissəsinin yük maşınına çırpılması məlum olub. Zərbənin təsirindən nəqliyyat vasitəsində olan sərnişinlər yolun hərəkət hissəsinə düşüb. Sürücü və 6 sərnişin hadisə yerində həlak olub.
AYNA hadisə ilə bağlı açıqlama yayaraq bildirib ki, “Mercedes-Bens” markalı “Sprinter” mikroavtobus sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib. Həmçinin qeyd olunub ki, “KamAZ” markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.























































