Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Dörd ölkədən Azərbaycan qazının Suriyaya nəqlinə dair - Birgə bəyanat
Türkiyə, Azərbaycan, Qətər və Suriya “Türkiyə-Suriya Təbii Qaz Boru Kəməri”nin işə salınması ilə bağlı birgə bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin “X” sosial media hesabında paylaşılan birgə bəyanatda bunun dörd ölkə arasında əlaqələrin dərinləşdirilməsində əhəmiyyətli bir addım olduğu bildirilib.
Bəyanatda rekord müddətdə həyata keçirilən layihənin Suriyanın 2024-cü ilin dekabrında baş verən tarixi hadisələrdən sonra yenidən qurulması və normallaşması prosesinə həyatı dəstək verdiyi vurğulanıb:
“Türkiyənin Kilis əyaləti ilə Suriyanın Hələb şəhəri arasında keçən və sutkalıq gücü 6 milyon kubmetr olan bu yenilənmiş boru kəməri rəsmi olaraq 2 avqust 2025-ci ildə istismara verilib. Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə bu təşəbbüs çərçivəsində elektrik enerjisi istehsalına dəstək verməklə Suriyanın bərpası və sabitləşməsi prosesinə sadiqliyini bir daha təsdiqləyir.
Hələb Elektrik Stansiyasına təbii qaz axınının başlaması ilə Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq”.
Bəyanatda qeyd olunub ki, bu təşəbbüs güclü humanitar təsirə malikdir və birbaşa olaraq Suriya iqtisadiyyatının canlanmasına və xalqın həyat şəraitinin yaxşılaşmasına töhfə verəcək:
“Bundan başqa, ölkələrimiz regionda sülhü, sabitliyi və rifahı möhkəmləndirmək əzmində olduqlarını bir daha təsdiqləyirlər”.























































