Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Ömürdən Pay Klinikasının baş həkimi İftixar Zeynalov: "Çağdaş səhiyyəmiz Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır"
Azərbaycan səhiyyə sistemi müstəqillik illərində dərin islahatlar yolu keçərək inkişaf etmiş və bugünkü müasir mərhələyə qədəm qoymuşdur. Bu inkişafın təməlində isə ulu öndər Heydər Əliyevin müdrik siyasəti, gələcəyə yönəlmiş baxışları və xalqın sağlamlığını dövlətin prioritet sahələrindən biri kimi müəyyən etməsi dayanır. Ölkəmizin aparıcı tibb müəssisələrindən biri olan “Ömürdən Pay” Klinikasının baş həkimi İftixar Zeynalov da məhz bu ideyaların davamçısı kimi çıxış edərək qeyd edir: “Çağdaş səhiyyəmiz Ulu Öndər Heydər Əliyevin adıyla bağlıdır.”
İftixar Zeynalov bu fikri ilə həm səhiyyə sahəsində çalışanlar, həm də vətəndaşlar üçün mühüm bir həqiqəti vurğulayır – Azərbaycan səhiyyəsinin bugünkü səviyyəyə çatmasında Heydər Əliyev şəxsiyyətinin rolu əvəzsizdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər, ölkədəki bütün sahələrdə olduğu kimi, səhiyyə sisteminin də dirçəlişinə xüsusi diqqət ayırdı. Həmin illərdə ölkənin iqtisadi vəziyyətinin çətin olmasına baxmayaraq, dövlət başçısının təşəbbüsü ilə tibb müəssisələri yenidən quruldu, xarici ölkələrlə əməkdaşlıq əlaqələri genişləndirildi, səhiyyə işçilərinin sosial rifahı yaxşılaşdırıldı.
Bu siyasətin davamı olaraq hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan səhiyyəsində yeni keyfiyyət mərhələsi yaşanır. Bu gün ölkənin hər bir bölgəsində müasir standartlara uyğun xəstəxanalar, klinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Bütün bu proseslərdə həkim İftixar Zeynalov kimi fədakar tibb mütəxəssislərinin də rolu az deyil. O, rəhbərlik etdiyi “Ömürdən Pay” Klinikasında sadəcə bir tibb ocağı deyil, həm də insana və onun həyatına dəyər verən, etik-moral prinsiplərinə əsaslanan bir mühit yaradıb.
Klinikanın fəaliyyətində əsas prinsiplərdən biri də şəffaflıq, xəstə məmnuniyyəti və yüksək tibbi xidmət səviyyəsidir. İftixar Zeynalovun rəhbərliyi altında klinika ən müasir tibbi texnologiyalarla təchiz olunmuş, peşəkar tibbi heyətlə təmin edilmişdir. Burada müalicə alan insanlar yalnız xəstəliklərdən azad olmaqla kifayətlənmir, həm də insan kimi dəyərləndirildiklərini hiss edirlər.
İftixar Zeynalov hər zaman vurğulayır ki, “Səhiyyə sadəcə müalicə deyil, həm də qayğı və mərhəmət sənətidir.” Bu yanaşma onu digərlərindən fərqləndirən əsas amillərdəndir. O, həmçinin sosial məsələlərə də xüsusi həssaslıqla yanaşır – şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərilən dəstək onun təkcə həkim deyil, həm də xeyirxah bir insan olduğunu sübut edir. O, bu xeyirxahlığı da Ulu Öndərin siyasi və mənəvi irsindən qaynaqlandığını bildirir: “Heydər Əliyev siyasətinin təməlində insan amili dayanır. Biz də bu siyasətin davamçıları olaraq insanlara xidmət etməyi bir vətəndaş borcu kimi qəbul edirik.”
İftixar müəllim eyni zamanda tibb elminin inkişafına da öz töhfəsini verir. Gənc həkimlərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər, seminar və təlimlərin təşkili klinikanın fəaliyyət istiqamətlərindən biridir. Onun fikrincə, gələcəyin həkimləri savadlı, vicdanlı və vətənə sadiq olmalıdırlar.
Təqdirəlayiq haldır ki, “Ömürdən Pay” Klinikasında sağlamlıqla yanaşı, milli-mənəvi dəyərlərin qorunmasına da önəm verilir. Dövlətin, xalqın rifahı naminə çalışan bir tibb müəssisəsi olaraq burada hər bir şərait yaradılıb ki, insanlar təhlükəsiz və peşəkar mühitdə şəfa tapsınlar. Bu uğurların arxasında isə baş həkim İftixar Zeynalovun yorulmaz əməyi, fədakarlığı və ölkə rəhbərliyinə, xüsusilə də Ulu Öndərin müəyyən etdiyi ideoloji xəttə olan sədaqəti dayanır.
Sonda isə İftixar Zeynalovun bu fikri hər şeyi tamamlayır: “Əgər bir həkim xəstəsinə vicdanla yanaşırsa, əgər bir dövlət səhiyyəni prioritet sahə kimi inkişaf etdirirsə, demək ki, o cəmiyyətin gələcəyi sağlamdır. Bu sağlam gələcəyin memarı isə Heydər Əliyevdir.”
Bu sözlər bir daha təsdiqləyir ki, İftixar Zeynalov yalnız uğurlu bir tibb müəssisəsinin rəhbəri deyil, həm də milli ideologiyanın daşıyıcısıdır – sağlam insan, güclü dövlət, parlaq gələcək yolunda çalışan bir vətənpərvər.
Hazırladı: Nail Amin
“Xezertv.info”-nun icraçı direktoru.























































