Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
DYP-dən yol iştirakçılarına müraciət!
Yolda hərəkət zamanı təkcə sürətə, manevrlərə və qaydalara deyil, həm də ətraf mühitə olan münasibətimizə görə məsuliyyət daşıyırıq. Təəssüf ki, bəzi hallarda nəqliyyat vasitələrinin salonundan tullantılar birbaşa yola və ya yol kənarına atılır.
“Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsi (DYP) bununla bağlı sürücülərə müraciət edib.
“Unutmaq olmaz ki, bu cür davranış aşağıdakı mənfi nəticələrə səbəb olur:
- Yolun çirklənməsi - nəticədə təkcə görünüş yox, həm də yolun funksional təhlükəsizliyi pozulur;
- Yanğın təhlükəsi - atılan siqaret kötüyü quru otluqda yanğına səbəb ola bilər. Bu isə ətraf üçün ciddi risk yaradır;
- Avtomobil təhlükəsi - kiçik zibil parçaları (plastik, şüşə və s.) yol səthində sürüşkənlik və texniki nasazlıqlar doğura bilər;
- Ekoloji zərər - atılan tullantıların bir çoxu (xüsusən plastik) uzun illər torpaqda parçalanmır və təbiətə zərər verir;
- İctimai məsuliyyətsizlik - ətraf mühitə hörmətsizlik, cəmiyyət içində mədəni davranışlara zərbə vurur.
Gəlin unutmayaq. Təmiz yol təkcə gözəl mənzərə deyil, həm də mədəniyyətin, şüurun və məsuliyyətin göstəricisidir. Ətraf mühit bizim ortaq evimizdir. Onu birlikdə qoruyaq!”, - müraciətdə bildirilib.























































