18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
“Mətbuat milli ideologiyada əvəzsiz rol oynayıb”
Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə bütün media nümayəndələrini təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkə hesabında yazıb:
“150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşüb. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, bu qəzet milli oyanışın, maarifçiliyin və cəmiyyətin tərəqqisinin əsas təkanverici qüvvələrindən birinə çevrilib.
Zaman keçdikcə Azərbaycan mətbuatı da inkişaf edib, ictimai şüurun formalaşmasında, milli ideologiyanın möhkəmlənməsində əvəzsiz rol oynayıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mediamız yeni inkişaf mərhələsinə qədəm qoyub, jurnalistlərin fəaliyyəti üçün hüquqi və institusional baza formalaşdırılıb. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev də mətbuata yüksək dəyər verir, medianın inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illiyi ölkə üzrə geniş şəkildə qeyd olunur”.
E.Allahverdiyev əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib: “Prezident İlham Əliyev Xankəndidə III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşü zamanı mühüm fikirlər səsləndirib: “Bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib... Bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır”.
Bu əlamətdar gün münasibətilə bütün jurnalistləri ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və peşəkar fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram!”





















































