Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Moskvadan Gəncəyə gələnlər aeroportda qaldı
Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəhərinə uçmalı olan təyyarə 25 saatdır ki, yubanır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baku.ws-ə həmin reyslə Azərbaycana gəlməli olan həmyerlilərimizdən biri məlumat verib.
Onun sözlərinə görə, “UTAİR” aviaşirkətinə məxsus, ötən gün saat 05:40-da havaya qalxmalı olan Moskva-Gəncə təyyarəsi 20 saata yaxın gecikib, daha sonra isə reys ləğv olunub.
Şikayətçinin iddiasına görə, hazırda sərnişinlər hava limanındadır və onlara dəqiq məlumat verilmir: “Bizə deyirlər ki, Gəncə sizi qəbul etmir. Ancaq bilirik ki, bu, yalan xəbərdir. Gəncə hava limanı ilə də danışdıq, oradan da deyildi ki, Moskva tərəfi sizi buraxmalıdır. Biz tərəfdən bir problem yoxdur. İndi də Vnukovodan deyirlər ki, təyyarədə problem var. Bizə burada pis rəftar edirlər, üstəlik, heç bir nümayəndə suallarımızı cavablandırmır”.






















































