İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açıldı
"Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yaranmışdı".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın 32-ci "Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında keçmiş PKK terror təşkilatı tərəfdarlarının iyulun 11-də İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, 47 il əvvəl, avqustun 14-də Siğirt və Hakkaridə bölücü terror təşkilatı ilk hücumunu həyata keçirib:
"Həmin tarixdən etibarən bölücü terror təşkilatı 10 minə yaxın təhlükəsizlik əməkdaşımızı şəhid etdi, 50 minə yaxın insanımız həyatını itirdi və biz bu tarixi və olanları unutmayacağıq. Şəhidlərimiz həmişə baş tacımız olacaq. 1984-cü ildən sonra terror təşkilatı daha da irəli getdi və torpaqlarımızda onun kökü kəsilmədi. Burada, əlbəttə, bizim də müəyyən səhvlərimiz oldu. Bir gecədə insanlar köçə məcbur edildi. Səhv addımlarla terror təşkilatına istismaredici bir zəmin yaradıldı. Türkiyədə terror hücumları nəticəsində qeyri-sabit vəziyyət yarandı. İqtisadiyyatda iki trilyon dollarlıq bir ziyan müşahidə edildi”.
Ərdoğan bildirib ki, Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. O qeyd edib ki, 15 iyulda baş verən "Darbe” cəhdindən sonra Türkiyə terrorla mübarizədə yeni bir mexanizm yaratdı:
"Terrorun qarşısına keçdik. İttifaq ortağımız Dövlət Bağçalının da çağırışı ilə "Terrorsuz Türkiyə” üçün ciddi addımlar atdıq. Çox həssas və təmkinli bir prosesi idarə etdik. Dünən PKK terror təşkilatı aldığı qərarı həyata keçirərək silahlarını təhvil verdi”.
Ərdoğan vurğulayıb ki, bu gündən etibarən yeni tarixi səhifə açılıb və Türkiyə üçün yüz ilinin qapıları aralanıb. Prezident bildirib ki, Türkiyə terroru sonlandırmaq üçün hər bir şey edib:
"Hər kəs əmin olsun ki, Türkiyənin qüruruna heç kim toxuna bilməz. Cənab Dövlət Baxçalı və onun heyətinin vətənpərvərliyini sorğulamaq heç kimin həddinə deyil və ola da bilməz. Dövlət Baxçalı ilə birlikdə terrorsuz Türkiyə üçün canımızı ortaya qoymuşuq. Addımlarımız ancaq Türkiyənin xeyrinə hesablanıb. Türkiyəyə qarşı yönələn şeylərin qarşısında isə həmişə bizi görəcəksiniz. Nə ediriksə, millətimiz, istiqlalımız üçündür”.//Report.az





















































