Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
İrsi transmissiyaya dair qanunvericilik təkmilləşdirilib
İrsi transmissiya, yəni miras açıldıqdan sonra vərəsənin ölməsi ilə ölmüş vərəsənin vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik əsası təkmilləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəlləyə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək.
Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılacaq.
Beləliklə, irsi transmissiya, yəni miras açıldıqdan sonra vərəsənin ölməsi ilə ölmüş vərəsənin vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik əsası təkmilləşdirilərək, mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmaması müəyyən edilib.























































