Xəbər Lenti
Bugün, 13:00
Bədən və ruh estetikasının peşəkar wnvanı – Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov
Dünən, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
30-01-2026, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
30-01-2026, 10:11
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
30-01-2026, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
30-01-2026, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
30-01-2026, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
30-01-2026, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
29-01-2026, 18:39
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
29-01-2026, 18:22
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
29-01-2026, 15:16
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
29-01-2026, 12:50
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
29-01-2026, 11:57
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Şuşa ulu babalarımızın bizə miras qoyduğu əzəmətli abidədir
“Şuşa İli” çərçivəsində mayın 19-da Qax rayon Mədəniyyət Mərkəzində “Şuşa – bitən həsrətin hekayəsi” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət İdarəsinin rəhbər şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin iştirakçıları, qazilər və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında təşkil edilən uşaqların Şuşaya həsr etdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxıb, rayon Mərkəzi Kitabxanası tərəfindən hazırlanmış Şuşaya və Şuşa ziyalılarına həsr edilən kitab sərgisi ilə tanış olublar.
Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ədəbi-bədii gecədə qeyd olunub ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bu şəhər yetişdirdiyi böyük şəxsiyyətləri ilə ədəbi-mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.
Vurğulanıb ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağımızın tacı olan Şuşa şəhərini işğalçılardan azad edib. Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub.
Qeyd edilib ki, Şuşa qəhrəmanlıq şəhəridir. Hər küçəsində, hər divarında, hər qarış torpağında şəhid haqqı, şəhid baxışları var. Bu şəhər ulu babalarımızın bizə miras qoyduğu əzəmətli abidədir. İndi biz dünyaya Şuşa zirvəsindən baxırıq. Bu torpaqların əbədi və əzəli sahibi kimi.
Ədəbi-bədii gecə rayon Mədəniyyət Mərkəzinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. Mərkəzin “Çeşmə” instrumental ansamblının müşayiəti ilə müğənnilərin ifa etdikləri Şuşanı tərənnüm edən xalq və bəstəkar mahnıları, IV “Xarıbülbül” festivalının iştirakçısı, Qaxingiloy kənd Mədəniyyət evinin “Şvitkatso” Gürcü Xalq Xorunun, Rayon Mədəniyyət Mərkəzinin İ.Dağıstanlı adına Xalq teatrı üzvlərinin çıxışları, Almalı kənd Mədəniyyət evinin dram dərnəyi üzvlərinin hazırladığı S.Vurğunun “Vaqif” dramından səhnə, Uşaq İncəsənət Məktəbinin və Əlibəyli kənd Mədəniyyət evinin rəqs qruplarının təqdim etdikləri şux, oynaq rəqslər və digər musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova və Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini icra edən Tərlan Nəsibov çıxış edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini, bununla əlaqədar respublikanın hər yerində, o cümlədən Qax rayonunda silsilə tədbirlərin keçirildiyini bildirib, maraqlı və rəngarəng bədii proqrama görə tədbirin təşkilatçılarına təşəkkür ediblər. Vurğulanıb ki, 2022-ci il Şuşanın həyatında ən yaddaqalan illərdən biri olacaq.
Sonda Mədəniyyət Mərkəzinin “Şuşa İli” ilə əlaqədar təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.























































