Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Şəhid Milli Qəhrəmanın ailəsinə qarşı ədalətsizlik iddiası: Füzuli RİH və “Azərşəkər” MMC nümayəndəsi torpaq sahəsini necə mənimsəyib?
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi vətəndaşlar tərəfindən çox yüksək qiymətləndirilir
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Şərqin və Qərbin körpüsü: Azərbaycanın diplomatik tarazlıq strategiyası və sülhə baxış
Klublararası dünya çempionatı: PSJ "Bavariya" ilə, "Borussiya Dortmund" "Real Madrid"lə üz-üzə
"Sea Breeze Marinas" MMC-nın direktoru Elbəy Rzayev Azər oğlu: "VƏTƏNƏ BAĞLILIQ, İŞİNİN PEŞƏKARI, ZİYALILIQ MİSSİYASI".
Azərbaycan-Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını dedi.
Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda, Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd etdi, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğuladı.
Azərbaycan Prezidenti qardaş Pakistandan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.
Qəbula görə təşəkkürünü bildirən Pakistan Milli Assambleyasının sədri ölkəmizə səfərdən və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini vurğuladı. Sərdar Ayaz Sadiq rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək vurğuladı ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisidir.
Öz növbəsində dövlətlərimiz arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmişə həmrəylik nümayiş etdirdiklərini vurğuladı.
Sərdar Ayaz Sadiq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edərək, bu tədbirin məhz Xankəndi şəhərində təşkil olunmasının böyük siyasi əhəmiyyətinə toxundu. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd etdi.
Görüşdə Sərdar Ayaz Sadiqin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün müzakirələr aparmağa yaxşı imkan yaratdığı bildirildi, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.