Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Bu gün Aşuradır
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il Məhərrəm ayının onuncu - Aşura günü iyulun 5-nə təsadüf edir.
Qaynarinfo xəbər verir ki, Aşura günü ilə əlaqədar respublika ərazisində qanvermə aksiyaları təşkil olunub.
Vətəndaşlar paytaxt Bakıda "Təzə Pir”, "Əjdərbəy”, "Sahib-Əz-Zaman”, "Şah Abbas”, "Qaraçuxur”, "İmam Əli”, "İmam Rza” məscidlərində, "Bibiheybət” məscid ziyarətgahında və "Mir Mövsüm Ağa” ziyarətgah kompleksində qan verə bilərlər.
Reklamınızı SmartBee ilə effektiv edin.
Bölgələrdə isə Şuşa şəhər "Yuxarı Gövhər ağa", Ağdam şəhər "Cümə", Mingəçevir şəhər "Heydər", Sumqayıt şəhər "Cümə", Şəki şəhər "İmam Əli", Masallı şəhər "Cümə", Göyçay şəhər "Əbülfəzlil Abbas", Salyan şəhər Mərkəzi "Hacı Tağı", Naxçıvan şəhər "Heydər”, "Sarvanlar”, "Pirqəmiş” və Şirvan şəhər məscidlərində, Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksində, Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahında, Mərkəzi Qan Bankının Lənkəran və Quba bölmələrində, Masallı rayonunun Boradigah qəsəbə xəstəxanasında, Xaçmaz, Babək, Ordubad, Culfa, Şahbuz, Sədərək, Kəngərli, Şərur Rayon Mərkəzi xəstəxanalarında, Babək rayon Qahab, Cəhri, Nehrəm və Culfa rayon Bənəniyar kənd tibb məntəqələrində qanvermə aksiyaları təşkil edilib.
Qanvermə aksiyaları Aşura mərasiminin dərin mənəvi və humanist ruhunu əks etdirərək, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəmini təşviq etmək məqsədi daşıyır.
Aksiyalar zamanı toplanan qan hemofiliya və talassemiyadan, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, bu il Məhərrəm ayı iyunun 26-da başlayıb.























































