Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Ölkə üzrə 40-a yaxın məntəqədə qanvermə aksiyası KEÇİRİLİR
"Bu gün ölkə üzrə 40-a yaxın məntəqədə qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İlahiyyat İnstitutunda təşkil olunan qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il qanvermə aksiyası keçirilən ibadət evləri sırasına Şuşa və Ağdam məscidləri də əlavə edilib:
"Ümumiyyətlə, Aşura günü qanvermə aksiyasının keçirilməsi Azərbaycanda ənənə halını alıb. Bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə də qanvermə aksiyası təşkil olunur.
Şuşa və Ağdam məscidlərinin də siyahıya əlavə olunması həm qürurverici haldır, həm də simvolik məna daşıyır", - deyə G.İsmayılov bildirib.
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.
Oxu.Az xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Qanvermə aksiyasında iştirak etmək istəyən vətəndaşlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən İlahiyyat İnstitutuna və respublika ərazisində fəaliyyət göstərən ibadət evlərinə üz tutublar.
Qeyd edək ki, aksiyaya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.
Əzizə İsmayılova





















































